Hataraki man

Anime: Hataraki Man \ Working Man Janr: Comedy, Drama, Romance, Seinen, Slice of Life İl: 2006 Hər nə qədər adı Hataraki Man olsa da, əsas personajımız işkolik bir qadındır. Matsukata Hiroko Jidai jurnalında redaktor olaraq çalışır və hataraki man abu-havasına bürünəndə normadan 3 dəfə sürətli şəkildə məqalə yaza bilir. İşkolik birindən gözlənildiyi kimi həyatında hər şeyi arxa plana atır, özü kimi işinə bağlı olan sevgilisi ilə əlaqələri elə bu səbəbdən getdikcə soyuyur. Hər ikisi işi əsas gətirərək görüşləri təxirə salır və ya gecikirlər. Anime yalnız Hirokonun deyil onun iş yoldaşlarının da həyatından, öz işlərinə münasibətindən bəhs edir. Bizə təsvir olunan klassik Yaponiyanı görürük,...

Read More