Anime

Published on Oktyabr 15th, 2016 | by Ryuk

1

Steins Gate animesi haqqında

Science Fiction sevərlərin favoriti ola biləcək bir anime- Steins Gate. Bu ad Okabe Rintarou tərəfindən uydurulmuş, mənası olmayan sözdür. Әlbəttə gələcək Okabe vahid zaman xəttini də elə bu cür adlandıracaq. Baş qəhramanımız Okabe – özünü mad scientist Hououin Kyouma adlandırır, tez-tez telefonda öz özüylə danışır, olmayan bir təşkilat tərəfindən izlənildiyini düşünür.
Mövzu haqqında qısaca, Okabe, uşaqlıq dostu Mayuri, Daru adlı hacker kirayə kiçik bir evdə yaradılmış laboratoriya üzvləridir. Gələcəyin İcadları adını verdikləri bu lab’da təsadüfən zaman maşını kəşf edirlər. Hətta daha sonra başqa lab üzvü tərəfindən zamanda sıçrama alətinə də çevrilir. Beləliklə də keçmişə d-mail (bildiyimiz e-mail) göndərməklə keçmişi, daha doğrusu , zaman xətlərini dəyişirlər. Lakin, hadisələr getdikcə qarışır və kontroldan çıxır. Bu kəşf gələcəyi distopiyaya aparır. Okarinin özünü isə sahib olduğu Reading Steiner qabiliyyəti sayəsində deja vu larla dolu, müəmmalı bir gələcəyə.
SG ağır elmi mövzulu (bildiyimiz kimi nəinki zamanda səyahət, təkcə zaman anlayışının özü belə indi də elm və fəlsəfədə kifayət qədər qarışıq fikirlərə, suallara səbəb bir mövzudur) sci fi olsa da, içində kifayət qədər dram və komediya da mövcuddur. Xüsusilə də hər dəfə keçmişə qayıdıb eyni hadisələri təkrar-təkrar yaşanması, əsl psixoloji gərginlik idi və bu gərginliyi izləyiciyə də daşıya bilir. Hər şey qaydasına düşən anda ortaya çıxan çətin seçim mənim üçün ən dəhşətli məqamlardan biri idi. Hərəkətli seriyaların arasında bir neçə seriya isə digər personajları daha yaxından tanımağa kömək edir, dramı daha çox üzə çıxardır. SG’də tsundere qəhrəmanlar, hentai fikirli hacker, tamamilə saf Mayuri, neko girl, trap və s. personajlarla tanış olacaqsız. Personaj sayı az olsa da, kifayət qədər bir birindən fərqlidirlər. Şişirdilməmiş xarakter və görünüş sahibidirlər. Mövzu irəlilədikcə bir neçə personaj isə gözlənilməyən anda təəccübləndirməyi bacardılar. 24 seriya ilə (1 ova, 1 movie və 4 əlavə komedi seriya) böyük bir mövzunu kifayət qədər açıqlaya bilmiş, çoxları üçün ilk seriyalar sıxıcı gəlsə də, sonradan lazımi action əlavə edilmiş, ‘bitdi!’ dediyimiz yerdə ortaya yeni bir problem çıxarmış, mənə görə 4x4lük bir animeyə çevrilmişdir.
SGdə işlənən bir çox məqamlar real olaraq mövcuddur. İBM5100 kompyuteri, CERN Avropa nüvə araşdırma mərkəzi, John Titor adlı zaman səyahətçisi və onun səyahət etdiyi illər, Skandinav mifologiyasına aid adlar, Xaos nəzəriyyəsi, Kəpənək effekti, Divergens sayı ideyası (riyaziyyatda), hətta Okabenin sevimli içkisi Dr. Pepper.
Seiyuular isə ideal şəkildə seçilib, xüsusilə də bir çox animedən tanıdığımız Mamoru Miyano. Heç bir animedə sevmədiyim qız personaj tipi olan Mayuri isə uğurlu seiyuu (Kana Hanazawa) seçimi sayəsində mənimçün istisna oldu. Onu da qeyd edək ki, SG animedən öncə, həm də bir oyun olaraq yaradılıb.
Son olaraq, soundtrackləri, çizimləri, hər şey qaydasında, baxıb qurtardıqdan sonra beyin yoran, suallar yaradan, bəzi məqamları təkrarən və daha diqqətlə izləməyə məcbur edən, top 10larda olmağa layiq bir animedir Steins Gate!

El. Psy. Congroo.

Müəllif : Jalə Umudova


About the Author



One Response to Steins Gate animesi haqqında

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to Top ↑