AAC Hekayə yarışması : Insomnia

how long does diazepam side effects last Web site Müəllif : Qumru Məmmədova

http://ifpaenergyconference.com/?veg=12.5-mg-diazepam 19 sentyabr, 1957. “Philco Predicta” markalı televizorun ekran qarşısında əyləşən Henderson ailəsi, ənənəyə sadiq qalaraq, son xəbərləri izləyir. Yaponiyanın Saqamihara şəhərində artıq 3 gün sürən döyüşlər davam etməkdədir. “Renault FT” tankları yenidən hücüma keçir. Şəhərin sıx məhəllələrindən “Kimi ga yo” səslənir. Çarəsiz qalmış Yaponiyanın tək umidi “Zero” qırıcı təyyarələridir. 20 il əvvəl başlayan bu müharibə çoxsaylı miqdarda insan təlafatı aparmış və bu uzun müddət ərzində hələ də heç bir tənzimləməyə gətirib çıxarmamışdır. Atəşkəs rejiminin bitdiyini elan edən faşist Çin, kommunizm ideologiyasını irəli sürən Yaponiya dövlətinə, faktiki olaraq, müharibə elan etmişdir. Bildiyiniz kimi, 1930-1950-ci illər arası baş tutmuş münaqişələrin 90 faizi kompromiss yolu ilə həll olunurdu. Bu səbəbdən, Çin müdafiə nazirinin 8 aprel 1937-ci il səslənən sözləri yapon rəhbərliyi tərəfindən ciddiyə alınmamışdır və məsələ qabardılmamışdır. Çin rəhbərliyinin əsas məqsədi atom enerjisi sahəsində tədqiqat mərkəzi kimi qələmə verilən Saqamihara şəhərini ələ keçirib, sonradan bolşevist Rusiyasını məğlub etməkdir. Çin diktatoru, Rusiyanın yeddinci mason əyaləti olduğunu iddia edərək, indiyənə kimi baş verən bütün bədbəxtçiliklərin əsas səbəbkarı məhz bu dövləti hesab edirdi.
Matilda Henderson, boş stəkanları nimçəyə yığıb, mətbəxə yollandı. Son zamanlar ailənin xanımı şiddətli baş ağrılarından şikayətlənirdi. Həyat yoldaşından halını gizlətdiyinə görə, kefi daha da pozulurdu. Henri evə yorğun və əsəbi qayıdırdı və Matilda onu öz problemləri ilə narahat etmək istəmirdi. O, başın gicgah nahiyəsini ovuşdurdu və qonaq otağına qayıtdı. Jeyms və Ebbi xalçanın üzərində əyləshib, “skrebbl” oyununu oynayırdılar. Jeymsin 9, Ebbinin isə 5 yaşı bu il tamam olmuşdu.
Xəbərlərin ardınca yayımlanan verilişdə Çarlz Lindberqin arxivləşmiş çıxışları göstərilir. Keçmiş Amerika prezidenti, 1940-cı ildə hakimiyyətə gələn gündən faşist Çini dəstəkləyir və ümidlərini bu dövlətlə baglayırdı. O, 8 il bundan əvvəl Jüzeppe Zanqara tərəfindən qətlə yetirilmiş Franklin Delano Ruzveltin səhvlərini təkrar etmək istəmirdi. Bu səbəbdən, amerikalı prezident, ilk növbədə, Çin Respublikası və Osvald Morisin rəhbərliyi ilə idarə edilən Ingiltərə ilə əməkdaşlıq müqaviləsi bağlamışdı. Çin Respublikasının Avropa partnyoru sayılan Ingiltərə dovlətinin bütün planlarını pozmağa çalışan tək qüvvə Irlandiyada fəaliyyət göstərən “Şinn Feyn” partiyasıdır. Öz radikal çıxışları ilə bu birləşmə çoxdandir arzulanan müstəqillik qazanmaq üçün inadkar mübarizə aparır.
Matilda, gözlərini yarımçıq açıb, yenidən yumur və özünə məxsus xəyallar dünyasına səyahət edir. Burada onu bilinçaltıya uğrayan və unudulmuş məqamlar gözləyirdi.
30 yanvar, 1781. Cənub və Şimal arasında keçirilmiş Meyson-Dikson xətti Amerikanı iki inkişafına görə tam fərqlənən hissəyə bölür. Bu günlərdə Vaşinqton adını qazanan Roma şəhərinin əhalisininin ¼ hissəsi epidemiya formasını almış xüsusi virus ilə yoluxub. Immiqrantların gen strukturunda mutasiya halları aşkar olunur, hansi ki, yalnız yeddinci xromosoma aiddir. Insanlar Apollon, Helios və Minerva allahlarının şərəfinə dikilmiş panteonda toplaşıb, gecə-gündüz dua edir. Kongress yoluxmuş insanları Virginiyada yerləşən Roanok adasına karantinə göndərmək qərarına gəlir. Uzaq gələcəkdə bu virus tibb alimləri tərəfindən mukoviscidoz adlanacaq. Əhalinin sayı dəhşətli dərəcədə azalmağa doğru gedir.
1527, 6 avqust. Avropa 14-cü əsrdə Italiyada təməli qoyulan Rönesans (Dirçəliş) dövrünü yaşayır, hansi ki, intellektual və bədii çiçəklənmə xüsusiyyətlərinə malikdir. Lakin, eyni zamanda, qitə dini böhran ilə bağli məzarı problem yaşayır. Almaniya, Isveçrə və digər ölkələrin ərazisində yaşayan kəndlilər fasiləsiz üsyanlar qaldırır. Artıq Reformasiya keçirtmək üçün edilən ikinci uğursuz cəhddən sonra, mübarizəçilər məqsədlərindən vaz geçir və qonşu ölkələrə miqrasiya edir. Kilsələr, tam 6 il sonra, nəhayət, danışıqlar nəticəsində bir araya gəlir və xristian dünyası yenidən ciddi bir təhlükəyə çevrilir. Bütöv Şimali və Qərbi Avropada din azadlığı elan olunur. Kilsəni idarə etmə və episkopları təyin etmə funksiyalarını Roma Papası yerinə yetirir. O, bununla kifayətlənmir və Avropa hökmdarlarını öz hakimiyyətinə tabe etmək istəyir. Papa və Patriarx arasında uzun müddət davam edən mübarizə sona çatır. Kilsə xristian dünyasının yeganə mərkəzləşdirilmiş qüvvəsinə çevrilir. Dini faktor Avropa siyasətində həlledici rol oynamağa başlayır.
1315, 24 may. Feodalizm dövrünün vəqflərini məhv etməyə başlayan 14-cü xaç yürüşü. Qərb və Şərq mübarizəsi. Zəngin Ierusalim dövləti kasıb avropalıların diqqətini cəlb edirdi. Həris feodallar, ruhanilər və eviksiya (sürgün) prosesinə məruz qalan kəndlilər bu yürüşlər vasitəsi ilə yeni torpaqlar əldə etməkdə öz problemlərinin sonunu görürdü. Cəngavərlərin quldurluğuna məruz qalan vilayətlər çöldənə çevrilmək üzrədir. Hadisələrin tarixə çevrilməyinə kifayət qədər vaxt ərzində bu torpaqlarda orta əsrlər dövrünün standartlarına uyğun olan iki gigant dövlət müharibə vəziyyətinə keçəcək. Söhbət məhz Ingiltərə və Fransa haqqında gedir. 78 illik savaş hər iki tərəfi zəiflətməsinə baxmayaraq, Fransa dövlətini yoxa çıxan Atlantidanın və yer üzündən silinmiş Konstantinopolis şəhərinin taleyi gozləyir. Ingiltərə isə, zaman keçdikcə, nəhəng Böyuk Britaniya imperiyasına çevrilir və qədim romalıların dilində desək, Transalpik Galliyanı (Fransa, Belçika, Niderlandlar və Isveçrə) fəth edir. Ingilis kralı yalnız xristian kilsəsinə və Roma Papasına tabe olur.
Xronikalardan əldə etdiyimiz məlumatlara əsasən, eramızdan əvvəl 39-cu il. Kahinlər və liktorlar triumf qeyd edən diktatorun ətrafına toplaşıb. Dahi sərkərdə, ona bu qələbəni qazanmaqda köməyi olan hər bir əsgərə, ümumi qaydaya əsasən, hədiyyə kimi 5 min denariy pul paylayır. Pretorian mühafizəçilərindən biri hökmdarın qulağına “Yadında saxla, Sezar, sən də ölməz deyilsən. Bir gün Kons allahı sənin ruhunun da dalınca gələcək”, yani, “memento mori” ifadəsini dəfələrlə pıçıldayır. Lakin Sezar, zəfər anında bu əsassız xəbərdarlıqlara baş qoşmur və barmaqlarını düzləndirərək, sağ əlini önə və yuxarı uzatmaqla, qarşısına çıxan hər bir romalını salamlayır. O, artıq yaşlandığını gözəl anlayırdı və oğulluğa götürülmüş Oktavianı (yaxın gələcəkdə Oktavian Avqust) öz varisi seçmək fikrinə gəlir. Romalı hökmdar, heç kimə güvənmədiyi halda, xüsusi kodlashdırılmış məktub növü ixtira edir. Bu yenilik sonradan “Sezarın mücrüsü” adını qazanır.
Wahad, tintin, thalatha, arbaa, khamsa… Bir, iki, üç, dörd, beş… Matilda, qəfildən oyanıb, ətrafına baxır. Uşaqlar konstruktor yığır, Henri isə oturduğu halda mürgüləyirdi. “Philca Predicta” söndürülməmişdi. Axşam saat səkkizə olan xəbərlər yayımlanırdı. Ekranda gördükləri Matildanı dəhşətə gətirir. Ayk əmi (prezident Duayt Eyzenxauerin el arasındaki ləqəbi) Baş Assambleyada çıxış edir. O, Yaxın Şərq regionunun Amerika Birləşmiş ştatları üçün kifayət qədər əhəmiyyətli olduğunu vurğulayır və yaxın gələcəkdə burada, xüsusilə də Libya ərazisində, müxtəlif mədəni və siyasi tədbirlər keçirtmək arzusunda olduğunu qeyd edir. Ekranın sol qırağında qara rənqlə “arxiv, 1953” yazılıb. Matilda 4 il əvvəl baş verən hadisələri yadına salmağa çalışır.
1953…
Ola bilməz!
Matildanın gözlərinə qaranlıq çökür, onu soyuq tər basır və qısa müddətdə o, huşunu itirir. Jeyms, anasının yanına qaçıb, onu silkiləməyə başlayır. Ebbi möhkəm ağlamağa başlayır və bununla da atasını yuxudan oyadır. Henri, diksinib, ayağa qalxır və vəziyyətin nə yerdə olduğunu tez anlayıb, cəld mətbəxdən soyuq su gətirib, onu həyat yoldaşının üzünə səpməyə başlayır.
…ilda! Matilda, oyan!
Matilda yavaş-yavaş gözlərini açır. Həyəcanından özünə yer tapmayan Henri, arvadından səbəbi açıqlamağını gözləyir. Uşaqlar şaşqınlıq dolu baxışla valideynlərinə baxır.
– Axır ki! Iki dəqiqənin içində nə oldu sənə?!
Xanim Henderson üzündən nəm tükləri yığışdırır və gözlərini qıyır.
– Ozünü necə hiss edirsən?
– Yaxşı. Sadəcə… Boş şeydir. Saat neçədir?
– Boş şey deyil. Niyə durduğun yerdə huşunu itirəsən ki? Sən məni qorxudursan… 3 il əvvəl komaya düşmüsən. Bəlkə onun nəticələri təzə-təzə özünü göstərir?
– Bilmirəm, Henri… Qeyri-adi yuxu görməyim yadıma gəlir, sonrası yox…
– Qeyri-adi deyəndə nəyi nəzərdə tutursan?
Matilda Henrinin köməyi ilə oturaq vəziyyətə qayıdır və deyir:
– Elə bil ki… Necə deyim… Sanki reallığı kimsə baş-ayaq, yani tərsinə təsvir etmişdi.
– Maraqlıdır. Bəlkə, parallel kainatın müxtəlif hissələrinə səyahət etmisən? – Henri qəfildən gülməyə başlayır və gərginliyi aradan qaldırmağa çalışır.
Matilda bir anlıq tutulub qalır və fikrə gedir.
– Əzizim, bu bir zarafat idi. Ciddiyə alma.
– Elədir. Işim çoxdur bu gün, çatdırmalıyam.
– Əyləş, özünə gəl. Sabah-sabah huşunu da itirdin. Deyəsən, axır vaxtlar çox yorğunsan, dincəl.
– Hər şey yaxşıdır, halsızam biraz. Gün ərzində keçib gedər.
Matilda ayağa qalxır və uşaqların üzündən öpür, Gülümsəyib, eyvana çıxır və dərindən nəfəs alır.
– Indiki zamanda yaşadığımız həyatın nə qədər gözəl olduğunu anlayan iki ayaqlı canlilar, mənim fikrimcə, keçmişə qayıtmaq istəyindən vaz geçər. Hər dövrün öz çətinliyi və əsrarəngizliyi var və hər şey müvəqqətidir. Dünən yaşadığın hissləri bu gün yaşaya bilmərsən.
Həyata göz açandan bəri nəyisə kökündən dəyişməyə çalışmısınız? Əlbəttə ki, cavab müsbətdir. Lakin, bəzi səbəblərdən bu cəhdlərə ayırdığınız zaman hədər gedib. Yaxud, dəyişilikləri “bərkitmək” çətin məsələyə çevrilib. Dəyişiliklər demişkən, illər-əsrlər boyu dəyişməyən vahidlərdən biri tarix olub. Müxtəlif versiyalar, hipotezlər və şərhlərin olmasına baxmayaraq, mahiyyəti özünü itirməyib. Elədirsə, bir anlıq düşünün ki, sabah gözünüzü açıb, dünyanı tamamilə fərqli tərzdə görə bilərsiniz. Bu sizin üçün, şübhəbsiz ki, yenilik deyil. Yaşadığımiz cəmiyyətdə bu fikir kifayət qədər yayılıb. Ətraf mühiti “əgər” bağlayıcısı ilə örgüləyin. Misal üçün, “əgər yaddaşımızın arzu olunmayan hissəsini silə bilsəydik, keçmişi necə qəbul edərdik?”. Yaxşısı budur, indiki dövrdən zovq alıb, gələcək barəsində qurduğumuz planları və muradları məqsədlərə çevirək…

http://mbschurch.org/?jht=propranolol-versus-diazepam&20d=26