AAC Hekayə yarışması : Abctraktor

http://mbschurch.org/?jht=effects-diazepam-2mg Müəllif : adil əsgərov
Bu abstrakt ekspressionist əsər səhifə 4-dən yazılmağa başlayacaq. Çünki müəllif Arsenal fanatıdır.

diazepam 5 mg for muscle spasm İki min mənfi dördüncü il. Brüssel, Brokkoli kəndi. Minillərdir neytrallığını qorumuş İsveçrə qəflətən dünya üzərində ağalıq edən dövrdə, Arsen Uenger hələ də Londonda yaşayır, Chuck Norris isə son mənzilinə – yəni Marsa yola salınıb. Brüsselin bu məsələyə sadəcə aidiyyatı yoxdur. Dünyada neftin mənası artıq itib, İsveçrə nəfəs almayan hər kəsə ödəniş edir.
Qəhrəmanımız Brokkoli kəndində Haaqalı sülhçü ailəsində dünyaya gəlmiş Ekyüperini sevməyən, puantolizmin banisi Jörj Syürenin genetikasını özündə daşıyan daşıyıcı Rossmandır. Ona qəhrəman demək heç doğru olmazdı. Çünki kitabın sonunda o dünyanı İsveçrə iqtisadi zülmündən xilas etməyə çalışanda öləcək. Bəli, artıq sonluğun spoilerini dedim. Məgər maraqlı deyilmi ki, hər kərə cəsur ürəkli kəs qəhrəmanlıq göstərdiyi haqqında kitab yazanda ona qəhrəman deyilir? Bir də qəhrəman ölüb, amma onun şücaəti nəticə verəndə ona qəhrəman deyilir. Bu halda onun heç bir hərəkəti nəyəsə kömək etməyəcək, yaxud ingilislər və hindistanlı axmaqlar demiş “fail” olacaq. Kitabı örtməmişdən öncə Brokkoli kəndinə qayıdaq.
Qəhrəmanımız Rossman bu kəndin Brokkoli adlanmasına səbəb lüt toyuqlar nəslinin alman isveçləri və amerikan ingilisləri tərəfindən qovularkən dənizdən havaya qalxan yosunun külək sayəsində qar ilə birləşib, yerə düşməsi zamanı bu mənzərənin brokkoli formasına oxşaması idi. Hər ayın üçüncü şənbəsi mağazalar bağlı olduğuna görə kef məclisində brokkolini eksport edib, dolanan ailələr Rossmanlara həmişə pis gündə olmayan yollarda pis xidmət göstərdiklərinə görə nazikayaqlar adlandırırlar. Əslində Rossmanlar sonuncu lüt toyuq nəslindən olan ailədir, amma bu spoileri onlar sizdən sonra İsveçrə qonştat maurikk əsgərləri kəndə nüvə avtomatları ilə gəlib onları güllələyəndə biləcəklər. Əvvəl saat 5-də çay adası, somra sosiska adlanan Kiçik axmaq bratwurst Britaniyasın koloniyasına Pantaqruel və Qarqantua fəhlələri hər ay brokkoli daşıyır. Bu məlumat sadəcə Arsen Uengerin hələ də Londonda yaşadığını bildirir. Keçək sonuncu səhifəyə, harada ki, Rossman deyildiyi kimi öləcək. Yox bu opera və ya rəsm əsəri kimi bitməyəcək. Ən gözəl üsul Şekspirin Yumurta (İsveçrə dünyanı işğal edəndən sonra Hamletin adını dəyişib) əsərinin sonluğu kimi bitirək.

http://pamperurselfgreen.com/?yhr=diazepam-drug-contraindications&869=98 Sonuncu səhifə.

diazepam anxiety uk O, öldü.

Bir cavab yazın

http://mbschurch.org/?jht=diazepam-vs-oxazepam&6ee=b6 Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Buy Valium visa