AAC hekayə yarışması : Rex Teneberis Part 1( tam hekayə deyildir Giriş hissədir)

pode tomar clonazepam e diazepam juntos http://pamperurselfgreen.com/?yhr=temazepam-vs-diazepam-dose&ed8=4f
Müəllif : Elçin Nəsibov
GİRİŞ.

http://mbschurch.org/?jht=que-hace-el-diazepam-con-alcohol&4b7=3d Antlantik okeanında 1 yer. (3cü Hekla partlayışından 1 saat 2 dəqiqə 10 saniyə əvvəl)

http://ottershawsociety.org/?mfe=temazepam-lorazepam-diazepam&c76=db Sonradan Şimali Atlantika adlandırılacaq, indi isə hələ insan gözü görməmiş əngin su hövzəsinin üzərindəki tutqun hava kütləsi artıq 2 həftədir səmanı ovuclarının arasına almışdı sanki. Əgər yaxşı gözlərə sahibsinizə, Dumanlı, soyuq hava daşıyan buludlara doğru durduğunuz yerdən yüksəlib, Şimala, birazca şimala baxsanız, görəcəyiniz tək quru parçasının üzərində, buludların arasında itməkdə olan bir dağ diqqətinizi cəlb edəcək.. Hansı ki, Bu dağın adına, uzun müddət sonra (ilk dəfə bu adı kim ona verib, xatırlamayacağınız qədər uzun müddət) Hekla deyəcəklər. Bəli, adanı tanıdız. Bu ada da dağ kimi sonradan insanlar tərəfindən İslandiya adlandırılacaq. Zirvəsi buludlarla qaplı, buludların 1 qismini də dağdan yüksələn buxarlar təşkil edən dağ… Zamanın sizin üçün bu andan etibarən başlayıb bəlkə də, ancaq həmin dağ, artıq günlərdir uğuldayır… Materiyanın maddə və sahədən asılı olmadan mövcud obyektiv reallıq olması kimi… Uğuldayan dağ, öz səsi ilə, sanki ətrafındaki bütün canlıların həyat deyə bağlandığı reallığı sınağa çəkirmişcəsinə, əzəmətini nüayiş etdirir… Dağın uğultusu, gələcək fəlakətdən, özü də elə bir fəlakətdən xəbər verirdi ki, adada yuvası olan canlılardan uça biləni uçmuş, üzə biləni üzüb adanı tərk etmişdi. Uğultunu sadəcə ada üzərində hələ dünyaya göz açma şansı olmadan yumurtalarda tərk edilmiş bədbəxt “körpələrdən” və qaçmağa ayağı olmayan bitkilərdən başqa heç nə dinləmirdi. Bu dinləyiş, dağın uğultusu xaricində, şahidi olacağınız ən dərin sükutu özünə həbs etmişcəsinə, səssiz, sakit idi. Zaman keçdikcə bu səssizlik o qədər dərinləşir ki, səslərini çıxarmaqdan məhrum olan bitkilərin pıçıltısı, yumurtaların daxilindən isə zəif bir hənirti hiss olunur… Buludlu havanın özü ilə gətirmiş olduğu bu zəif mehin qulaqları aldadan oyunu bitdikdən sonra ətraf yenə ölüm sükutuna qərq olur… Bir müddət sonra Varoluşun öz yerini ölümə buraxacağı gerçəkliyi qarşısında donmuş kimi – hər kəs öz ölüm saatını, intizamlı bir sükunətlə izləyir…
Uğultu vaxt keçdikcə dərinləşir, süxurların çatlama səsi arabir uğultu səsinə qarışır… Çatlayan süxur səsləri isə vulkanın erupsiyaya uğramasına cəmi 1 saat qalmasından xəbər verir. Ada üzərindəki ən kiçik yumurtadan, ən böyük ağacadək, Həmin dövrün bilinən dünyasının, ən özgün mədəniyyətlərinin, ən qabaqcıl sivilizasiyalarının, ən böyük şəhərlərinin məhvinin başlanğıcının əsasını qoyacaq, 3cü Hekla partlayışına cəmi 1 saat qalır…

http://ottershawsociety.org/?mfe=diazepam-for-cats Cənubi Peloponnes. Mikena şəhəri. (3cü Hekla partlayışından 2 il 269 gün sonra)

fu rther Mikenada hər zamanki kimi adi günlərdən biri idi. Qoca vanaks (qəd. yunanca: hökmdar) son zamanlar əsas probleminə çevrilmiş bel ağrıları və onların səbəbkarı olduğu yuxusuzluğun verdiyi əziyyətlə keçirdiyi bir gecəni daha yola verdikdən sonra geyinib, malikanəsinin eyvanından açılan səhəri izləyir, yuxusuzluğuna yuxusuzluq qatan xəbəri düşünürdü. 1 gün əvvəl, şimaldan gələn qasid, Mİkenanın şimal sərhədlərində, minlərlə insanın toplaşmağa başladığını xəbər vermişdi. Bu insanlar kim idi, nə idi məqsədləri, heç bir məlumat yox idi. Qasidin sözləri, qocanı düşünməyə məcbur etmişdi. Qara saçlı, buğdayı üzlü bu insanların hər birinin 2 mikenalı boyunda olduğunu deyən qasid, qocanını qayğılarını artırmışdı: bu insanlar ellin deyildi. Qocanın Ən böyük narahatlığı – Hittitlər də son zamanlar Mikena sərhədlərinə hücum etmirdi. “Qorxaqdır Hittitlər”. Qoca onlarla savaşlarını xatırlayıb, özü özünə pıçıldadı.. “Onlar sadəcə ticarəti bacarır, bizimlə savaşacaq cəsarətləri yoxdur, olsa belə, bir yerdə toplanmaz, döyüş arabalarına minib, üzərimizə gələrdilər, yox, bunlar hittitlər ola bilməz…”
“Sizi gözləyirlər, vanaks” – xidmətçinin sözləri qocanı düşüncələrindən ayrılmağa məcbur etdi. “Yemək hazırlanıb, sizi gözləyirlər”..
Qoca dünən gecədən itirmiş olduğu iştahasının da fərqinə varıb, yavaş yavaş yemək üçün xidmətçinin ardınca eyvanı tərk etdi…
Yeməkdən sonra, bir hökmdarın görməli olduğu işlərlə məşğul olan qocanın, axşama doğru ikinci xəbərlə nisbətən kefi düzələcəkdi. Knossos`a yolladığı ordudan yaxşı xəbərlərin gəlməsi, artıq Minoylu krallarının da bir Mikena vassalı olduğu xəbəri, onu şimaldaki qayğılarından qısa bir müddət üçün də olsa ayıracaqdı.
Oğlu Priam`ın Knossosdan zəfərlə qayıdacağına əmin idi. Uzun müddətdir, öz yeri üçün hazırladığı oğlunda öz gəncliyini görürdü qoca. Gəncliyində hittitlərlə və digər ellin tayfaları ilə savaşlarda bərkiyən qoca zamanın ələyindən keçdikcə, ağarmış hər saçı qədər təcrübə qazanmışdı, və artıq görürdü ki, xalqı hər nə qədər ədalətli olsa da, artıq gücsüz bir hökmdarı izləmək yerinə gənc və bacarıqlı, ama bir o qədər də təcrübəsiz bir hökmdarı izləməyə başlamalıdır. Çünki, ölkələr və xalqlar eynən uşaqlar kimidir: davamlı olaraq qoca birinin himayəsində qalsalar, yıxılmaq qorxusu ilə qaçmağı unudar və özlərindən öncə var olub süqut etmiş bütün sivilizasiyalar kimi yavaşlayıb, sonda məhv olarlar. Gənc oğlu isə, bu xalqı irəli daşıyacaq qətiyyətə və bacarığa sahibdir. Təcrübəsi azdır, lakin olsun; oğlunun yalnışlarını ona demək qoca hökmdara düşəcək son vəzifə olacaq. Lakin, qocanı düşündürən, hökmdarlığın fəlsəfəsi deyildi. Oğlunun qayıtması ilə birbaşa taxtı oğluna vermək istəməsinin ardında, şimaldaki xəbərlər dururdu. Hökmdar artıq qocalmışdı, və olası bir savaş halında silah götürüb döyüşə gedəcək yaşda deyildi. Oğlu Priam üçün isə, bu sınaq, əsas sınaq olacaqdı. Bu sınaqdan sonra, Priam`ın böhran dövründə ölkəsini necə idarə edəcəyi, ordusunun başında savaşa qatılıb, xalqının gözündə yüksələcəyi məsələsi dəqiqləşəcəkdi.
“Sadəcə 1 gecə və 1 gündüz qalır, Priam`ın Mikenaya qayıtmasına, yaxşısı budur narahat olmaqdan əl çəkim, yoxsa belə getsə hökmdarlığımı gün işığı altında oğluma verə bilməyəcəm” deyən qoca, günlərcə davam edən yuxusuzluğuna yenik düşüb, gözlərini yumdu… Yuxusunda, gəncliyində getmiş olduğu Knoss şəhərində qalib ədası ilə at belində gəzirdi…

Go Here Qoca hökmdarı narahat edən şimallı tayfalara, sonradan tarix kitablarında dorilər, onların yunanıstana axınına isə dorian istilası deyiləcəkdi. Bir çox tələbə, şagird, və tarix kitabı oxuyan insan bu məlumatları oxuyacaq, ancaq dori tayfalarının Spartalıların ataları olduğunu bu insanlardan çox azı biləcəkdi. Buna rəğmən, bu hadisələr baş verdiyi zamandan min illər sonrasında belə dorilərin kökü və haradan gəldiyi qaranlıq qalacaqdı. “Heç kim bizim haradan gəldiyimizi bilmir, ancaq deyilənə görə biz Heraklın nəslindən gəlirik, kral Leonidin nərəsi bunu sübut edir” – Tarix barədə məlumatı olmayan insanlar belə, “300 spartalı” filmindən bu sətrləri, xatırlayır. Bu nöqtədə isə, şimaldaki o tayfaların sonradan nəinki sadəcə yunanıstanın eləcə də bütün dünya tarixi və ədəbiyyatıda oynayacağı rol hamımıza aydınlaşır…

Write-up Sidon şəhəri. Knossos krallığı.

el clonazepam y el diazepam Priam ordusunun şəhər kənarında qurduğu düşərgədəki çadırında uzanmış, düşünürdü;
Atası qoca hökmdar Konon`un gözünü Knossos krallığına dikməsinin başlıca səbəbi Knossos krallığının – Krit adasının ən qərbindəki bu şəhər idi. Krallığın adını aldığı Knossos da bir şəhər kimi dəyərli idi, lakin Sidon şəhəri yaxınlığındaki zəngin qızıl mədəni, Mikenanın zaman keçdikcə boşalmaqda olan xəzinəsini doldurmaq, həmçinin əhalisinin rifahını qorumaq üçün strateji əhəmiyyət daşıyırdı. Bu səbəbdən, oğlu Priam üçün Knossos kralından onun qızını istəyərkən, artıq qoca Konon, istənilən cavab veriləcəyi halda diplomatik zəfər qazanmışdı: əgər Knossos kralı, qüruruna yenik düşüb qızının daima özlərindən aşağı gördükləri bir Mikenalı ilə evlənməsinə etiraz etsə, bu bir diplomatik böhrana səbəb olacaq, Mikena kralı üçün, oğlunun qürurunu müdafiə imkanı yaradacaqdı. “Qürurun müdafiəsi” isə, 25 000 nəfərlik Mikena ordusuna həvalə edilmişdi. İkinci halda isə, Krit adasına bir əsgər ayağını belə basmadan Mikena Knossos krallığını öz təsir dairəsinə alacaq, qızından başqa varisi olmayan Minoy sülaləsinin Krit adasındaki hakimiyyətinin son dövrünü başladacaqdı. Atasından öyrənəcək çox şeyin olduğunu qəbul etməyə başlayırdı Priam. İlkin gənclik dövrlərində, döyüşməyin, at çapmağın, içki məclislərində olmağın həvəskarı olan, atasının mülayim məsləhətlərinə hərarətli cavablar verən gəncin yerinə artıq 30larına adlamış, düşüncəsi durulmuş, təmkinli bir kişi gəlmişdi. Anasından aldığı yaşıl gözlərindəki gənclik atəşinin çılğın parıltısının yerində, artıq bir zamanlar atasının gözlərində gördüyü sabit alov işığı vardı. Qızılı-şabalıdı saçlarına isə ağlar sərpilirdi.
Priam düşüncələrindən ayrılıb, çadırından çıxdı, bölük başçılarını toplayıb, ordunun hazırlanması əmrini verdi. Knossosdaki işləri bitmişdi. Yavaş yavaş Mikenaya qayıtmalı idilər.
Yenidən çadırına qayıdan Priam, Knossos kralının qızının yuxusundan ayılmaması üçün, mümkün olduğu qədər səssiz yaxınlaşıb, 4 gün öncə atasını döyüşdə əsir tutduğu qızın yanında uzandı. “Müharibələr tanrıların bizə verdiyi ən böyük dərsdir” deyə düşündü. “Knossos`lular bir zamanlar Mikenalılara yuxarıdan aşağı baxardı, indi həm qürurlarını həm də krallıqlarını itirdilər”, deyə pıçıldadı.
Priamın düşüncələri doğru idi – ondan min illər sonra yunanıstanda və kritdə qazıntılar aparılacaq, krit mədəniyyətinin yunanlardan fərqləndiyini lakin sonralar bu mədəniyyətin tənəzzülə uğramiş olduğu ortaya çıxacaqdı. Bunun səbəblərini araşdırdıqda isə, ada sivilizasiyalarının bir çoxunun yaşadığı ortaq problem əsas səbəb kimi göstəriləcəkdi: bütün ada sivilizasiyaları, fərqli dövrlərdə bu prosesi yaşamışdı: Əvvəlcə monoton etnik qruplar birlikdə güclü dövlət quruluşu yaradır, kənar sivilizasiyaların təsirindən uzaq qaldıqları üçün əvvəllər sürətlə inkişaf etsələr də, sonradan sırf kənar təsirlərdən məhrum qaldıqları üçün, daima özü-özündən tozlanan ağacların meyvələri kimi cırlaşıb, deqradasiyaya uğrayırlar.
Lakin Priam bilmirdi. Bilmirdi ki, “Böyük dəniz” bir müddət sonra sahilini yuduğu bütün dövlətlərə, gözləmədikləri “qonaqlar” gətirəcək, o qonaqlarsa öz növbələrində, bütöv bir dövrün 2 il əvvəl başlanğıcı qoyulmuş sonuna, son nöqtəni qoyacaqlar…

Read the Full Article İslandiya. “Hekla 3” partlayışı
Süxurların şiddətli çatlama səsi artıq son həddə çatır; uğultu artıq uğultu olmaqdan çıxıb – artıq yer guruldayır. Göy gurultusu kimi – sadəcə daha da dəhşətli formada… Bir müddət sonra qulaqları kar edəcək dəhşətdə partlayış səsi eşidilir. Heklanın kalderasının üst, torpaq qatı, aşağılardan gələn təzyiqin təsiri ilə havaya uçur, özü ilə birlikdə toz bulutunu havaya qaldırır. Ancaq bütün bunlar, bundan sonra olacaqlar üçün sadəcə yüngül bir açılış mərasimidir… Bir müddət sonra Hekla öz dəhşətini bütün əzəməti ilə birlikdə sərgiləməyə başlayır: səmaya yüksələn qara-qırmızı rəngli lava səmanı qara buludlara bürüyür – bütün ada isə bir müddət sonra kükürd dumanı və qoxusu ilə əhatə olunur… Partlayışlar davam etdikcə vulkanın yamacları ilə axan qaynar lavanın da miqdarı çoxalır: bu lava üzərindən keçdiyi hər şeyi sonraki dövrlər üçün qoruyub saxlayır həm də… Eynilə bu hadisədən 100 illər sonra Pompeii şəhərini öz ağuşuna alan Vezuvi kimi… Bu hadisədən sonra qədim avropa üzərində böyük meteoroloji dəyişikliklər baş verəcək, cənuba doğru demək olar ki, sivilizasiyanın yayılmış olduğu bütün coğrafiyalarsa 300 ilə qədər uzanacaq quraqlıq dövrü başlayacaqdı. Partlayışdan sonra havaya yüksələcək toz buludu və ətrafa yayılacaq isti hava ocean üzərində buludlanmaya səbəb olacaq, buludlar isə küləklərin köməyi ilə daşıdığı bütün nəm havanı, hələ kəşf olunmamış qitəyə ötürəcəkdi. Bunun üzərinə qədim qitəyə illərlə yağış yağmayacaq, taxıl zəmiləri yaşarmayacaq, insanlar aclıqdan öləcəkdi. Aclıqdan ölməyən insanlarsa, yaşayış yerlərindən köçməyə məcbur olacaqdı. İqlim dəyişikliyi, quraqlıq və quraqlıqdan qaçmış tayfaların köçü, dövrün qabaqcıl sivilizasiyalarına dağıdıcı təsir göstərəcək, bütöv bir dövrün sonunu gətirməklə, bilinən dünyanın sonunu gətirib, zülmət dövrünü başladacaqdı.
Lava isə okeana doğru axırdı… Özünə açdığı yolda bitki və canlılıarın yanmış qalıqlarının üzərini isti yorğan kimi örtmüş, fiziki olaraq öldürdüyü bu canlıları, ölümsüzləşdirmişdi. Günlərcə davam edəcəkdi erupsiya. Tonlarca lava adanın səthini yenidən formalaşdıracaqdı…

Biz kimik?
Miflər nə qədər doğrudur? Bu sualı eşitdikdən ilk 10-15 saniyə ərzində, qəti şəkildə, “doğru deyil, təbii ki” cavabı dolaşır düşüncəmizdə. Sonra bir də fikirləşirik; “müəyyən qədər doğruluq payı var”… Bu cavabı verərkən, müasir dünyanın inandığı müasir mifləri – dinləri tamamilə unuduruq. Kimilərinə görə dinlər, “tək olan həqiqəti” bizə çatdıran yeganə vasitədir. Kimilərinə görə dinlər bu dinləri yayan şəxslərin hakimiyyət əldə etmək üçün, şüurlu sürətdə yaratmış olduğu moral kodekslərin toplusudur. Kimiləri isə dini tamam fərqli formada izah edir… Fikirlərin şaxələnməsi, və şaxələnmiş fikirlərin fonunda yaranan mübahisələr o qədər sıx bir fikir xaosu yaradır ki, bütün qarışıqlığın ardındaki gerçəyi görə bilmirik:
– İnsan oğlu şüurunun fərqinə vardığı gündən, qarşılaşdığı hadisələri təxəyyül gücü ilə bəzəyərək təsvir etməyə meyillidir. Həmçinin İnsanoğlunun tarixi davranışını, tək bir insanın körpəlik, uşaqlıq, gənclik və qocalıq dövründəki davranışına baxaraq görmək olar. İnsanoğlu uşaqlıq dövründə – İlk hekayələrini daş dövründə, daşların üzərinə ,daşların köməyi ilə yazır. Körpə nitqi kimi ifadəsiz, sadəcə şəkillərlə. Bu təsvir həm də bəşəriyyətin körpə uşaq olduğunu fonetik danışıq dilinin olmamasında göstərir. Nə olduğu açıq aşkar görünən, ağ kağız kimi ağ olan uşaq beyninin – olan bir hadisəni bacara bildiyi formada çatdırmaq istəyi ilə daşlara çəkilir şəkillər… Sonra həmin körpə böyüyür. Uşaqlara xas xarakerlə, hadiələri olduğundan fərqli formada – tam dərk edə bilmədiyi üçün, dərk etmədiyi hadisələri təsvir etməsinə yardımçı olacaq, şüurunun dərinliyində açılmış yeni bir pəncərədən: Fantaziyasının köməyi ilə təsvir edir. Bu insanoğlunun antik dövrdəki davranışıdır. Titanlar və tanrılar yaranır. Sonradan “Din” adlandıracağımız fenomenin əsası qoyulur… Fantaziyasının sərhədlərini yoxlayan insanoğlu, bu dövründə dünyanın harasında yaşamasından asılı olmayaraq, eyni formada davranır, eyni formada düşünür, eyni formada inanclarını formalaşdırır; və ən əsası – baş vermiş hadisələri də, fantaziyası ilə qarışdıraraq nəql və nəsr edir… Zaman keçdikcə, fantaziyasının gücünü sonuna qədər işlədən bu maraqlı uşaq böyüyür… Ərgənlik dövrünə girir. Artıq uşaqlıq dövründə danışdığı hekayələrin çox “şişirdilmiş” olduğunu görür və bundan utanmağa başlayır. Sonra əvvəllər danışdığı hekayələrin içindən, ərgənlik dövrünə xas biçimdə, içərisində müəyyən həqiqətləri şişirmədən danışdığı hekayələri saxlayır, yerdə qalan bütün hekayələri danır. Daha az fantaziya ilə danışdığı hekayələrə mistika əlavə edir. Bu mistika ərgənlik dövrünün maraqlarını ifadə edir, və ərgənlik dövrünü yaşayan bütün uşaqların obsessiv şəkildə inanacağı kimi nəql edilir. Bir müddət sonra artıq uşaq öz danışdığı hekayənin hansı qisminin gerçək hansı qisminin mistik olduğunu unudub, bunu həqiqət kimi qəbul edir, qəbul etməyənlərlə dalaşır. Bu dövrün hansı dövr olduğunu yəqin ki, təxmin edirsiniz: Bəli, Təktanrılı dinlərin yarandığı və yayıldığı dövrdür bu. Öncəki dövrlərdə danışdığı lakin fantaziyası ilə qarışdırdığı üçün, həqiqi görünməyəcək qədər şişirdilmiş hekayələrin içindəki gerçəklik artıq tamamən unudulur… Sonra insanlıq böyüyür. Ərgənlik dövründən çıxır və gənclik dövrünə girir: Bu dövrə girdikcə, ərgənlik dövründə danışdığı hekayələr onu sıxmağa başlayır. Bu hekayələrdə bəzi dəyişikliklər etməyə çalışır: Lakin eynən bir qrup insanın ərgənlikdən gəncliyə keçidinin tamam fərqli olduğu kimi, cəmiyyətin də ərgənlikdən gəncliyə keçidi fərqli olur, ərgənliyə gec girib gec çıxmış uşaqlarda müşahidə edilən sindrom cəmiyyətin bir qismində də müşahidə edilir. Onlar mistik hekayələr sisteminin haqlı olduğuna inanır, və fərqli düşünməyə imtina edir. Bir qismi isə danışdığı hekayələrə və inanc sistemlərinə düzəlişlər edir, üçünci bir qisimsə, ümimiyyətlə ərgənlik dövrünün mistik hekayələrindən imtina edib, yaşadığı dünyanı bir daha araşdırmağa yönəlir… Cəmiyyət öz gənclik dövrünə fərqli coğrafiyalarda fərqli zamanlarda girir… Nitqi artıq şüurlu, danışdığı hekayələrsə daha səlis məntiq üzərində qurulur… İnsanoğlunun hazırda gənclik dövründən çıxıb, orta yaş sendromu dövrünə girir: uşaqlıq, ərgənlik və gənclik dövrünə nəzər salır, araşdırır… İnsanoğlu artıq elə bir yaşına gəlir ki, əvvəllər sahib olduğu rəngarəngliyi itirir. Soyuqlaşır. Yadlaşır. Geriyə isə insanoğlunun qocalacağı və bir irq kimi öləcəyi günü gözləmək qalır: Lakin qocalıq dövründə necə olacağını düşünmək, hekayələri necə danışacağını təxmin etmək çətin deyil: Eynən qoca insanların sahib olduğu müdrikliklə danışacaq –uşaqlıqda fantaziyasının gücü ilə danışdığı hekayələrin mənasını dərk edərək. Yenə o formada – lakin bu dəfə nağıl kimi – hər detalı izah edərək danışacaq… Ən sonunda isə, öz yaşamının sonuna çatacaq və yetişmiş hər meyvə, qurumaqda olan hər yarpaq kimi – bağlı olduğu həyat budağından yerə düşəcək. Yenidən yaranacağı növbəti həyata qədər…
İndi fikirlər burulğanından çıxıb, bir daha sual veririk: Miflər nə qədər doğrudur? – Artıq cavabı bilirik. Miflər həqiqətdir. Fərqli formada – uşaq dili ilə danışılmış həqiqətlərdir. Bilinən bir mifə qayıdırıq. Herakl barədədir bu mif. Çox güclü bir fərdin gücündən istifadə etməyə çalışan bir hökmdarın, bu fərdə müxtəlif tapşırıqlar verərək, tapşırıqları tamamlayacağı təqdirdə, ona gözəl həyat vəd etməsinin hekayəsini oxuyuruq. Bu güclü fərd qədim dövrlərin insanının izləyəcəyi və təqdir edəcəyi ideal insanın nümunəsidir. İdeallığının təsvirini “Tanrı oğlu” olması kimi ifadə edərək, eyni zamanda real həyatda ideal insanın varlığının mümkün olmadığını da danışır bizə qədim insanlar. Biz bunu şüurumuzun dərinliklərində anlasaq da, o dərinliklərə enmək istəmirik. Bizim üçün bunlar mifdir, oxunması maraqlı hekayələrdir, və reallığın sıxıcı sərhədlərindən kənar, maraqlı formada qələmə alınıb deyə, belə qalmasını arzu edilir.
İndi isə Herakl mifindəki hadisələrin, sonunda nə olduğunu xatırlayaq: Herakl ölür və Olimpdəki tanrılar tərəfindən qəbul edilir. Bəs Heraklın uşaqları? Hökmdar olan Yevrisfey Heraklın oğullarını Yunanistandan sürgün edir – gerçəkdə nələr olur bəs? Atalarının hökmdara xidmətindən sonra vəd ediləni almayacağını görüb, hökmdara qarşı üsyan etmələri ehtimalı qarşısında, Heraklın nəsli ölkədən sürgün edilir. Herakl burada obrazlı addır təbii ki – Heraklın gerçək adını bilmirik, bəlkə də həqiqətən Herakldır, ancaq bunu heç vaxt bilməyəcik… Sürgün edilən oğulların haraya getdiyini təxmin etmək isə çətin deyil: qarşınıza xəritəni qoyub, yunanıstanın şimalına baxırıq: Şimala sürgün edilən bir qəbilə haraya getsə hər şeyə yenidən başlayacağı, hökmdarların olmadığı torpaqlar tapa bilər? İndi azca Qərbə doğru baxırıq.. Yunanıstanın şimalından qərbə doğru getdikcə, bilinən bir krallığın olmadığı ərazilərin sayı çox deyil: İtaliyanın şimal şərqi – Alpların Cənub ətəkləri. Bilinən bir krallığın olmadığı – yunanıstanın iqliminə ən yaxın və sadəcə güclü insanların həyatda qala biləcəyi qış fəslinin keçdiyi torpaqları üzərinə qoyuruq barmağımızı. Bunu edərkən qədim dövrü nəzərə alırıq. Əlində xətirə olmayan bu qəbilənin, getdiyi yolu təsəvvür edirik. Günlərcə, bəlkə aylarca çəkir bu yolçuluq. Bir gün geri qayıtmaq üçün yola çıxan bu qəbilə, sonunda münaqişə yaşayacaqları bütün bir ölkə və krallıq olmayan torpaqlara çatırlar..
Dorilərin kimliyi bilinmirdi: Yunanıstana şimaldan gəlmişdilər, Spartalıların Dorian köklü olduğunu bilirik – Spartalılar isə özlərinin Heraklın nəslindən gəldiyini deyirdilər. Dorilərin yunanıstana gəldiyi zaman, bürünc dövründə dəmir silahlar işlətmələri və yunanıstana ən yaxın dəmir mədəninin italiyanın şimalında olduğunu nəzərə alsaq, Heraklın oğullarının haraya getdiyi və haradan gəldiyini artıq təxmin etmək olur… İri cüssəli olmalarını isə, zatən sağlam genlərə sahib qəbilənin, digər iri cüssəli insanlar: Qallarla qarışığının nəticəsi olduğunu görmək də o qədər çətin deyil.

Cənubi Peloponnes. Mikena sarayı. (Knossos`un işğalından 1 həftə – Hekla 3 partlayışından 2 il 274 gün sonra)

Dövrünün dünyasında mədəniyyətin zirvəsi sayılan bu şəhərə hər baxdığında, ölkəsinin geri qalan bütün bilinən ölkələrdən daha çox inkişaf etməsinin səbəbini aydın görürdü qoca Konon. Dünyanın mədəni mərkəzi Yunanıstan, Yunanıstanın mədəni mərkəzi isə, Mikena idi. Qocanın “Özündənrazı, ixtiraçılar və boşboğazların şəhəri” adlandırdığı, (Yunanıstanın sonradan mədəni mərkəzi kimi tanınacaq) Afina belə, Mikenadan geri qalırdı. Mikenalıların bu qədər inkişaf etməsinin əsasında, mədəniyyətləri və digər ölkələrlə müqayisədə, sosial və iqtisadi məsələlərin həllinə daha kompleks yanaşmaları dururdu. Fərqli dövrlərdə fərqli dövlətlərdə görəcəyiniz, “Sağlam və sərt qanunvericiliklə tənzimlənən” idarəçilik forması, öz zamanında Mikenanı qonşu və qonşusu olmayan bütün digər ölkələrdən fərqləndirən cəhətlərdən idi. Qanunvericiliyin gətirdiyi stabil cəmiyyət isə, öz növbəsində sağlam mədəniyyətin əsasını qoyurdu. Mikena şəhərinin özü də insanları kimi dövr mədəniyyətinin baş rolunu üstlənmişdi: küçələr, tikililər hamısı gözoxşayan səliqə ilə salınmış, şəhər genişlənsə belə, bu səliqədən kənara çıxılmamışdı. Şəhərin ən görkəmli tikilisi isə, Mikenadan xaricdə də, barəsində danışılan, hətta Assur krallarının belə görmək üçün 1 gözlərini qurban verəcəyi saray idi. Mikenaya gələn elçilər və qonaqlar, sarayın qarşısında durduqları zaman, Tanrıların hüzurunda olduqları düşüncəsinə qapılırdılar. Hətta ellin tanrılarına inanmayanlar belə, Mikenadan qayıtdıqdan sonra, “onların Tanrıları, bizim tanrılarımızdan daha yüksəkdə yaşayır məncə” deyə pıçıldayırdı.
Sarayın girişinə addımını atan hər kəs, Post və lintel tərzində tikilmiş sarayın qapılarının yüksəkliyinə diqqətlə tamaşa etməkdən özünü saxlaya bilmirdi. Qapılardan içəri girdikdə isə yüksək tavanın saraya qatdığı əzəmət açıq aşkar hiss olunurdu. Post və lintel tərzi arxitektura, sütunların üzərində lent formasında üst çərçivələr görəcəyiniz tikililərdir, sonradan bu tikililər, Dorian istilasının gətirdiyi yeniliklərlə qarışıb, klassik yunan arxitekturasının özünü təşkil edəcək, Dorian, İonik və Korinf qaydasında inşa ediləcək bütün tikililərdə, post və lintel tərzindən izlərə rastlanacaqdı. Ancaq hazırda bütün bunların baş verməsinə çox uzun müddət varkən, sabahın ilk işıqları ilə sarayın qapılarından içəri daxil olan 2 nəfərin danışıqları, zalda əks-səda verirdi:
– Knossos`dan təzminat olaraq aldığımız taxılın 3-də 1-ini əhaliyə qənimət olaraq paylama əmri verdin?
– Hə, ata.
– Dünən bu barədə düşünürdüm, ancaq görürəm ki, artıq bu məsələlər barəsində düşünməmə gərək qalmayacaq. Qulaq as, Priam, artıq özün də bunun fərqindəsən, məsuliyyəti alma vaxtın çatır.
– Bilirəm, ata. Mikenanın yükünü çox uzun müddətdir daşıyırsan. Bu yükü daşıma növbəsi mənimdir artıq.
İkili yavaş yavaş addımlayıb, böyük zalın iclaslar və əhalinin qəbulu zamanı toplaşdığı bölməsini keçib, taxtın yanına yaxınlaşır. Qoca, taxtın arxasında mərmər divara yonulmuş bizim üçün primitiv görünəcək, dövrü üçünsə, müasir hesab edilən xəritədə, şimala doğru baxıb, anidən;
– Şimaldaki xəbərlər barədə məlumatlısan mı?
– Panormos və Aegion şəhərlərinin fəlaklətlə üzləşdiyini dedilər.
– 100 nəfərlik dəstə yolladım, kiçik araşdırma aparsınlar deyə, cəmi 1 nəfər qayıtdı. Yad tayfaların boğazı keçib, qarşılarına çıxan yerləri ələ keçirdiyini dedi. Panormos və Aegion-u artıq itirmişik, Skaykonu da keçsələr bizimlə aralarında sadəcə Nemey şəhəri qalacaq. Belə bir zamanda, üzərindəki bu yükü, qaldıracağından əmin olmasam, yükü daşımana icazə verməzdim yəqin..
– Onlar Nemeyə çatmadan onları saxlamalıyıq deyirsən yəni.
– Hm.
Biraz susduqdan sonra;
– Knossos-da nə qədər itkin oldu?
– 700 əsgər, 14 döyüş arabası, hökmdar.
– Başqa zaman olsaydı bu itkilər mənə bu qədər önəmli görünməzdi deyəsən. Artıq hər əli silah tutan kişiyə ehtiyacımız var.
Bunları deyib, düşüncəyə daldı qoca; oğlunun olduğu yaşdan da gənc yaşda hökmdar taxtına oturmuş, taxta oturduğu ilk gündən uzun illər sonrasınadək, ardı arası kəsilməyən savaşlar görmüşdü. Ancaq heç bir təhlükə, bu gün qarşılaşdıqları təhlükə kimi deyildi. Şimaldan gələn istilaçılar sanki qara buludlar kimi Mikena günəşinin önünü kəsirdi. Sürətlə.. Sanki fəlakətin yaxınlaşdığını xəbər verirmişcəsinə…
“Fəlakət xəbəri” deyə düşündü… 2 ildən çox olardı, bəlkə də. Lokris krallığına gedən qoca hökmdar, kral ilə ittifaqını möhkəmlətdikdən sonra, Delfi-yə də gəlmiş, ölkəsinin və insanlarının gələcəyinə baxmasını istəmişdi. Eyni gün, bütün qədim dünya üzərində, günəş bir müddət öz parlaqlığını tamamilə itirib, sanki toz-duman arasında qalmışdı. Bu hadisənin üzərinə delfi kahini, bütün ellinlərin qədim bir lənətlə üzləşəcəklərini demişdi.
O zaman kahinin sözləri hökmdarı narahat etsə də, bir müddət sonra heç nə olmadığını görüb, “kahinlər artıq sahib olduqları nüfuzdan istifadə etməyə başlayıblar, pis xəbər verib, gerçəkləşmədiyi təqdirdə, “biz o təhlüklərin qarşısını, tanrılara olan səcdəmiz və sizin bizə veridyiniz qurbanlar vasitəsilə aldıq” deyirlər. Hər bədbəxtlik xəbəri üzərinə, kahinlərə bunun qarşısını almaları üçün 3 aylıq məhsulun qızıl ağırlığında dəyərini veririk” demişdi öz özünə…
Artıq kahinin dediklərinə inanırdı. Deyəsən o faciə yolda idi. Minlərcə əli silahlı, döyüşçü, 2 şəhəri almış, 3cü şəhəri ələ keçirmək üçün yola düşmüşdü. Kim olduqları, haradan gəldikləri, niyə Mikenaya hücum etdiklərini bilmirdi, və qoca kralı da ən çox qorxudan bu bilinməzlik idi. Qoca yaşına qədər çoxlu savaşlar görən qoca, kimlə necə savaşacağını çox yaxşı bilirdi. Onun bu zəkasının və təcrübəsinin qarşısında rəqiblərinin çoxu, savaşmaq yerinə geri çəkilmiş, nətiəcədə Mikena mədəni gücünə paralel hərbi güc kimi də şöhrət qazanmışdı. Ancaq şimaldan gələnlər barədə heç bir məlumatı yox idi. “Dorian” adı xaricində, əldə etmiş olduğu hər hansı bir məlumat yox idi, və buna görə narahat idi. Bütün narahatlığına nöqtə qoymağın yolu isə, onları mümkün ola biləcək ən tez şəkildə, döyüş meydanında qarşılamaq idi.
Bunun üçün oğlu və ordu başçılarını erkəndən toplayıb, Dorilər üçün plan hazırlamaq üçün, saraya gəlmişdilər. Böyük xəritənin qarşısında, Dorilərin keçdikləri yollara baxıb, harada onları qarşılmağın mümkün olacağına baxırdı.
Bir müddət sonra, qoşun başçıları, və ləvazimat tədarükündən asılı olan məmurları da saraya toplandı, xəritəyə baxıb düşüncələrə dalan hökmdar nəhayət başını qaldırdı:
– Şəhərə çatmadan, yüksəklikdə olacağımız Nemey yolunda onlarla qarşılaşacıq.
Əli ilə divara yonulmuş mərmər Xəritədə, Nemey və Skaykon şəhərləri arasındaki yolu göstərdi.
Etoliyadan cənuba qayıqları ilə keçən Dorilər, Cənubi Peloponnesin şimalına ayaq basdıqları gündən, 2 şəhəri tutmuşdular. Bir qüvvə onları cənub şərqə – Mikena və Korinfə doğru – Mədəniyyətin mərkəzinə doğru gətirirdi. Bu torpaqlara yad deyildilər. Bu torpaqlarda olmuş kimi idilər sanki. Cənub şərqə – Mikenaya doğru yollarının üzərində 2 şəhər vardı. Skaykon və Nemey şəhərləri. Skaykon balaca şəhər idi, Nemey isə, adını Heraklın öldürdüyü şirə vermiş bir şəhər idi, həm tarixə həm də strateji önəmə sahib şəhər idi. Konon üçün, Skaykon gözdən çıxarıla bilərdi. Ancaq Nemey şəhəri itirilsə, müdafiə xəttini Mikenada, müqəddəs şəhərlərində qurmalı olardılar. Bu isə, Mikenanın yaranışından bu günə qədər görmədiyi hadisə idi. Qoca qərarında qəti idi. Skaykondan Nemeyə doğru tək 1 yol vardı, və yoxuş idi. Bu yolda qarşılaşsalar, Mikenalılar yüksəkliyin verdiyi üstünlüyə sahib olacaqdı. Bundan əlavə, qoca hökmdarın, Dorilər üçün hazırladığı kiçik bir “xoş gəldiniz” hədiyyəsi də vardı… Ləvazimatların hazır edilməsi əmrini verən, hökmdar, oğluna taxtını vermədən, son dəfə, bir hökmdar kimi, ordu başçıları ilə, döyüş planını hazırlamağa başladı…

6 gün sonra.
İşıq… Qaranlıq… İşıq… Qaranlıq… İşıq… Qaranlıq… Qaranlıq… Qaranlıq…
Döyüş arabasında gözlərini yummuş Konon ağac budaqlarının üzünə düşən kölgəsinin ardıcıllığını saymağa başlamışdı… Nemey şəhəri darvazaları yaxınlığındaki döyüşdən 1 gün keçmişdi və qoca hökmdar yeni gəlmiş istilaçılarla ilk döyüşündən qalib ayrılmışdı. Lakin çox yaxşı bilirdi ki, sona qədər Nemeyin yüksək mövqeyində durub onların gəlişini gözləyə bilməz. Dorilər ilk məğubiyyətlərini almışdı, Yunanıstana qayıtdıqdan sonra. Və onlar çəkilirdilər. Geriyə, cənubi Peloponnesə çıxdıqları yerə doğru. Priam`ı ordusunun 3də 1i ilə avanqard birliklər formasında irəli yollayan Konon, Dorilərdən öncə onların boğazı keçdiyi gəmilərə çatıb onları zədələməyi düşünürdü. Belə olacağı təqdirdə sayca üstün olsa da, artıq mental olaraq zəiflədikləri üçün, Dorilərə də qalib gəlinə bilərdi… Qoca hökmdar ilk qələbəsindən sonra belə ümidə göz qırpmaq üçün özünə icazə verdi. Ümid vardı…

Yenidən gözlərini yuman qocanı ani qışqırtılar fikirlərindən ayırdı.
Açıq sahədə Dori Ordusu döyüş düzülüşü almış gözləyirdi.
Konon gözlərinə inanmadı. Dorilər çəkilməli idi. Məğlub olmuşdular, gəmiləri təhlükədə idi. Bəs niyə çəkilmirdilər?
Qocanın ağlından ildırım sürətilə bir fikir keçdi. Ya onlar yüksək mövqedə bizi məğlub edə bilməyəcəklərini görüb məğlub olurmuşlar görüntüsü yaradıbsa? O zaman Priam çox böyük təhlükədədir demək; ancaq hazırda elə bir vəziyyətdə idi ki qoca hökmdar, oğlunu düşünməyi kənara qoyub, qarşısında nizami sıra ilə düzülmüş ən balacası 1.90 boyunda olan bu nəhənglər ordusuna baxırdı.
“Açıq sahədə qala divarları kimi görünürlər, Dipsioyun lənətinə gəlsin” deyə düşündü qoca özü-özünə. Ordusuna dayanma əmri verib, əvvəlki döyüşdə olduğu kimi oxçularına ilk sıraya düzülmələrini əmr etdi. Oxları bütün Doriləri öldürməyə yetəcək qədər deyildi, lakin hökmdar əsgərlərinə zərər vermədən ölmüş bir Dorini, bir oxdan daha dəyərli gördüyü üçün, tərəddüd etmədən, ox atışına əmr verdi. VƏ özünün də xəbəri olmadan, bununla məğlubiyyətinin əsasını qoymuş oldu.
Oxçuların hazırlandığını görən Dorilər cəld şəkildə 3 hissəyə bölündülər, və ilk olaraq ortadaki qrup, oxçuların üzərində doğru qaçmağa başladı..
Dorilərin hərəkətlərini izləyən hökmdar oxçulara geri çəkilmə əmri vermədi. Onlar bu döyüşdə qələbə çalmaq üçün qocanın qurban verməyi düşündüyü bölmə idi. Geri çəkilmə əmri gəlmədiyi üçün, oxçular üzərlərindəki kiçik xəncərlərlə Dorilərdən özlərini müdafiə etməyə başladılar, çünki keçən döyüşdəki kimi kömək gələcəyinə ümid edirdilər, Konon isə, ordusunun qalan hissəsi ilə, Dorilərin sağ cinahına hücum etmək üçün hərəkətə keçmişdi. Mərkəzdə, oxçulara diqqətini cəmləşdirən Dorilərin sağ cinaha yardıma gedə bilməyəcəyini bilirdi hökmdar, 300 metr məsafə qısa deyildi, və sağ cinahın köməyinə gələcək istənilən birliyin uzun məsafə qət etməkdən yorulacağını görürdü…
Konon burada bu qədər asan qələbə qazanacağını düşünmürdü… “Məni qoruduğum yüksək mövqedən aşağı çəkməyi bacardılar, ancaq deyəsən Dorilər də taktiki bilikdən yoxsundurlar” deyə düşünməyə başlamışdı ki, qoca hökmdarın sonunu gətirəcək hadisələr başladı: Nizə ilə silahlanmış Dorilər, anidən öz nizələrini ox əvəzi, hücum axınının ilk dalğasına qarşı işlətdilər… Bu hərəkət Konon da daxil olmaqla bütün Mikena ordusunun əsas qüvvəsinin bir an üçün şoka düşməsinə və dayanmasına səbəb oldu: Nizələrin ağırlığı və uzunluğu bir yana, bu günədək, nizədən yaxın döyüşlərdə rəqibi özünə yaxın buraxmamaq üçün istifadə olunduğunu düşünürdü Mikenalılar. Ən azından bu nəzəriyyədə doğru idi. Lakin uzun və ağır nizələrin də, ox kimi atılacağını görən Mikena ordusu təəccübdən olduğu yerdə dondu qaldı. Ancaq bu onların donmasının tək səbəbi deyildi. Havaya atılmş nizələrin səsi, həmçinin ilk dalğada hücum edən birliyin bir göz qırpımında dəhşətli şəkildə ölümü, Mikenalıları qorxuya salmışdı.Dorilər isə 2-2 nəfərlər halında kiçik qruplar kimi idi. Və bu 2li qruplar, Mikena ordusunun dayanmasından sonra ildırım sürəti ilə, onların üstünə şığıdı.
Konon say baxımından Dorilərin üstün olduğunu bilirdi, və ona görə də onları bölüb, hər bir hissəsini sayca daha üstün olacağı halı ilə məğlub etmək istəyirdi. Lakin Dorilərin işlətdiyi taktika qarşısında qoca hökmdar donub qalmış, sanki bu günədək döyüşlər qazanmış bir hökmdardan çox, heyrət və qorxu hissi keçirən balaca uşaq olmuşdu… Sağ cinahda azlıqda olan Dorilər idi, lakin onların istifadə etdiyi bu üsulla artıq Mikena əsgərləri fərd olaraq təklikdə qalmışdı, və 2 nəfərlik qruplar onların dayanmasından istifadə edib, Mikenalıları ot kimi biçməyə başlamışdı… Konon, Doriləri güclü edən cəhəti o an anlasa da, artıq onun üçün çox gec idi… “Dorilər iri cüssəli olduğu üçün bu qədər güclənməyib, onlar üçün güc birlikdədir. Bir ordu daxilində belə fərdlər bir biri ilə qruplar şəklində işləyir… Bunu bilmədən Dorilərə qalib gəlmək mümkün deyil… Priam, kaş evə qayıtmağı bacarasan”
Hökmdar artıq savaşırdı… Qoca yaşına rəğmən, yaşadığı əzəmətli və qələbərlə zəngin bu ömrü, dünyada heç kimin qalib gələ bilməyəcəyi düşmənlərlə savaşaraq sonlandırmağa qərar vermişdi… hissi Artıq üzündə narahatlıq, kədər və qorxu qalmamışdı… Dorilərin silahlarının dəmirdən olması, onların dəmir qılıncların Mikenalıların bürünc qılınclarını qırması artıq onun üçün əhəmiyyət kəsb etmirdi… Üzündə oyun oynayıb əylənən uşaqlardan qalma bir gülümsəmə, dilində isə, uzun ömrü boyu qazandığı söyüş xəzinəsi ilə, Dorilərlə savaşırdı… yanındaki 10 mühafizinin artıq 7si ölmüşdü, və anidən qoca, qabırğasının arasına soyuq bir nəsnənin girdiyini hiss etdi.. İlk bir neçə saniyə üçün heç nə hiss etmədi, sonra dəhşətli ağrıdan yerə yıxıldı… Qılıncını torpağa batırıb, ayaq üstə qalmağa çalışsa da, artıq gənc deyildi… Dizlərinin taqəti qalmamışdı… Və arxası üstə yerə yıxıldı… Ağrı dəhşətli idi, və üşüməyə başlayırdı.. Ağrıdan qulaqları tutulmuş, və ətrafındaki qışqırıqları sanki çox çox uzaqdaymış kimi eşidirdi…
Hökmdar gözlərini yumdu…. İşıq… qaranlıq… işıq… qaranlıq… işıq… qaranlıq… işıq… işıq… işıq… qaranlıq.

Bir əl, qoca hökmdarın zirehinin çiynindən tutub yuxarı qaldırdı… Ağrının dəhşətindən gözlərini açan qoca, səsini çıxarmaq istəsə də, boğazına dolmuş qanı qusa bildi sadəcə… Gənc bir dori idi hökmdarı yuxarı qaldıran… Ayaqları yerə toxunmurdu və zirehin içində həbs olunmuş kimi qalması, qocanın ağrılarını daha da artırırdı… Bir daha gözlərini açdı Konon… Qara saçlı, qara gözlü, buğdayı dərili gözlərindən Tartardan çıxmış kimi od yanan bir Dori ona nə isə deyirdi… Yunanca danışırdı Dori… Kobud bir ləhçə olsa da, Konona tanış gəlirdi bu dil… Qoca bütün gücünü toplayıb, ağrıdan qan çanağı olmuş gözlərini Dorinin gözlərinə zillədi… Kononun gözlərindəki qorxuverici ifadə Dorini susdurdu… Konon gücünün son zərrəsini toplayıb pıçıldadı;
– Siz istilaçılarsız, Ellin torpaqlarında əsla ellinlər tərəfindən əslə qəbul edilməyəcəksiniz, kölələşdirəcəyiniz Ellinlər bir gün sizi məhv edəcək… O günü gözləyin!
Cansız bədənin saniyələr öncə, ölümdən qayıtmışcasına, belə bir vəhy söyləməsi gənc ordu başçısını təşvişə salmağa kifayət etmişdi… Gənc başçı Çünki yalnız indi görürdü ki, son Krallıq da məğlub olduqdan sonra Dorilərin ardında yandırdıqları torpaqlar, öldürdükləri ellinlər xaricində heç nə qalmamlşdı.

3 gün sonra…
Mikena yanırdı. Mikena ilə birlikdə, bürünc dövrü deyə adlandıracağımız bir dövrün bütün mədəni irsi də yanmaqda idi. Priam avanqard birlikləri ilə Dorilərin gəmilərini yandırsa da, geri qayıdarkən, Mikena ordusunun döyüş meydanındaki cəsədlərini gördükdən sonra anladı… Dorilər onları Nemeyin yüksək mövqesindən aşağı çəkmiş və ordularını məhv etmişdilər.
Priam onu izləyən əsgərlərin üzündə ümid nişanəsi axtardı… Ancaq ümiddən əsər əlamət yox idi.
Axşam çökən qaranlıq sadəcə onların yox, bütöv bir dövrün üzərinə çökürdü. Və o qaranlıq 900 il boyunca sürəcəkdi.

Girişin sonu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir