Tədbirlər

AZECON NƏDİR?
Cosplay (Yaponca: コスプレ kosupure), “costume” ve “play” sözlərinin birləşdirilməsi ilə əmələ gəlmiş, “kostyumlu səhnəcik/teatr” olaraq tərcümə olunur. Cürbəcür aksesuarlar və kostyumlar istifadə edərək, yapon cizgi filmləri olaraq bilinən anime, komiks, film, oyun, kitab və cosplay sənətçilərinin özlərinin yaratdığı personajları yamsıladığı kostyum və teatr sənətidir. Müvəffəqiyyətli bir cosplay sənətçisi olmaq üçün həm mədəniyyətlə iç-içə olmaq, həm əl bacarığı, həm də teatral qabiliyyətə sahib olmaq vacibdir.
AzeCON, Azərbaycan və “convention” sözünün qısaca birlikdə istifadə olunması ilə yaranan anlayışdır və Türkiyədə Torucon, Avropada Eurocosplay, Amerikada San Diego Comic-con, Anime Expo, Parisdəki Japan Expo, Londondaki MCM Expo kimi eyni məqsədli tədbirlərin Azərbaycanda keçirilən formasıdır. “Convention” anlayışıyla, hər il daimi olaraq tədbirlər təşkil etməyi hədəfləyən AzeCON təşkilat komitəsi Azərbaycanda anime, manqa və Yapon müasir mədəniyyəti ilə maraqlanan insanları böyük miqyasda bir araya gətirməyi hədəfləyir. Beləcə, AzeCON Azərbaycanın müxtəlif regionlarından eyni maraq sahəsinə malik hər yaşda insanların fikir mübadiləsi apardığı, sərbəst vaxtlarının səmərəli təşkil etdiyi bir platformaya çevriləcəkdir. Eləcə də, ilərləyən zamanlarda dünyada keçirilən önəmli cosplay konvensiyalarında Azərbaycanı təmsil edəcək ilk tədbir olmaqdır.
Konvensiyamızın tərkibində, anime, manqa, ədəbiyyat, oyunlarla bağlı təqdimat və satış standları, karaoke, rəqs meydançası, rəsm və əl işləri ilə əlaqəli “workshop”lar, video klip çəkilişi, xüsusən cosplay sənətçiləri üçün fotosessiyalar və “Cosplay Yarışması” var. Bu tədbiri təşkil edən gənclər olaraq, “Azərbaycan Anime Cəmiyyəti” (A.A.C) adı altında facebook sosial şəbəkəsi üzərindən 2008-dən bəri fəaliyyətdəyik. Tamamilə, könüllü olaraq və heç bir qurumdan maddi dəstək almadan, gələcəkdə Azərbaycanı xarici ölkələrdə bu sahədə təmsil etmə motivasiyası ilə çalışırıq.
Yaradıcı və unikal olmaq adına, eləcə də gələcəkdə AzeCON-u təmsil etməsi üçün Ülkər Şamxalova və Nuranə Tahirova tərəfindən dizayn edilmiş, Azərbaycan və Yaponiya milli geyimlərindən ilham alınaraq “Ayna” adlı mascot personajımız da mövcuddur.
Ümumilikdə, 4 AzeCON tədbiri baş tutmuşdur və ildə “yay” və “qış” olaraq 2 dəfə təşkil olunmaqdadır. Gələcəkdə, Gürcüstanın “Japan Festival Tbilisi” və Türkiyənin “ToruCON” cosplay və anime konvensiyaları ilə bərabər ortaq tədbirlər keçirməyi planlayır və bunun üçün təşkilatçılarla yaxın əlaqələrimizi davam etdiririk. AzeCON-un nəinki Yaponiya, eləcə də bu tip tədbirlər keçirən digər ölkələrlə mədəniyyət, incəsənət və ticari baxımdan yeni körpü olacağını ümid edirik. Bir öncəki konvensiyamızdan daha keyfiyyətli, geniş miqyaslı olmaq adına və xarici ölkələrdəki Expo və konvensiyalarla eyni sırada dayanmaq üçün sizin dəstəyinizə ehtiyacımız olduğunu düşünürük.

AzeCON 3 (23.08.2015)

AzeCON haqqındaki məqalə, müsahibə və videoları aşağıdaki linklərdə tapabilərsiniz:
1. AzeCON komandasının “Hayao Miyazaki festivalı, Xəzər TVdə

2. Miyazaki festivalına hazırlıq

3. AzeCON 2 hazırlıq

4. AzeCON 2-dən görüntülər

5. AzeCON 3 xəbərlərdə
http://www.the85.az/az/p/190/
6. AzeCON 3-dən müsahibələr

7. AzeCON 3-dən görüntülər

8. AzeCON 4-dən görüntülər

9. AzeCON 4-dən müsahibələr


Back to Top ↑