Salam, minna san.
Adminimiz Purple Queenin anime ve manqaya göstərdiyi qayğı nəticəsində, Eli Eliyev fenomenindən ilhamlanaraq sizə növbəti manqa – Claymore haqqında danışmaq qərarına gəldim. Əvvəla qeyd edim ki, əvvəllər manga oxuya bilmirdim. Alınmırdı məndə. Alınmaması da normaldır. Bir nəfər mənə deməyib ki, bu manqa sağdan sola oxunur. Hər dəfə oxuyurdum görürdüm yoxee, nəsə çatmır mənə manqa. Olmur, məntiqi tuta bilmirəm. Yarım chapterdən sonra başa düşdüm ki, bu işdə bir yalnışlık var 😀 İlk dəfə manqaya 360 seriya Bleach animesin izlədikdən sonra sırf Kenpachinin shikaini görmək üçün başladım. Ondan sonra “animesindən daha yaxÇı olan manqalar” deyə bi araşdırma apardım və qarşıma Claymore çıxdı. Claymore animesinə universitet illərində baxmışdım, amma sonluğunu yadıma sala bilmirdim. Biraz araşdırdım, məlum oldu ki, animeni yarıdan sonra manqa əsasında çəkməyiblər, yarım yapalaq bitiriblər.
Həqiqətən də, bu manqa bi harika dostum

Deməli ilk öncə Claymore-un nə olduğunu sizə açıqlayım. Gamerlər bilirlər ki, Claymore qılınc növüdür. Dəstəyi nazik ikiəlli olan, Dəstəkdən sonraki hissə önə doğru əyilmiş, şotlandlar və qalların istifadə etdiyi bir qılıncdır. Manqanın bəhs etdiyi məkanda və zamanda Yoma adlı məxluqlar var ki, bu yomalar insan cildinə girərək insan iç-çalatını yeyirlər. Bəzən bir kənddə Yoma meydana gəlir, o kənd sakinlərindən biridir. Həftədə bir dəfə bir sakini yeyir, onlar da bunun kim olduğunu bilmir. Lap bilsələr də, Yoma adi insandan qat-qat güclüdür. Məcbur olub adı naməlum olan “Organisation” adlanan təşkilata sifariş edirlər ki, pul müqabilində onlarakömək etsinlər. Bu organizasiyanin döyüşçüləri isə, bədənlərinə Yoma orqanları yerləşdirilmiş qızlardır ki, Yoma nəticəsində onlar daha güclü olur. Lazım gələndə Yoma gücündən istifadə edirlər. Lakin limitlərini keçsələr, yoma bədənlərinin idarəsini ələ keçirəcək və onlar da bir üst səviyyə Yoma olacaqlar. Silah olaraq Claymore gəzdirir və əməliyyat nəticəsində gözləri gümüşü olur. Bun görə də onlar Gümüş gözlü İfritələr adlanır.

İfritə demişkən sizə ibtidai sinif müəlliməmdən danışmışam? Yadıma salarsız, gələn dəfə mütləq danışaram. 🙂

Bu Claymore-lar güclərinə görə sıralanırlar. Manqamızın baş qəhramanı Claredir. Desəm inanmayacaqsız, amma Clare-in ata-anası yoxdur. Aman tanrım, heç gözləmirdiz bunu, düzdür?! Clare 47 nömrəli ən zəif claymoredur. Digər fərqli xüsusiyyəti isə Clare yeganə insandır ki, Organizasiyaya özü öz xoşu ilə gedib Claymore olmaq istədiyini bildirib. Clare son missiyasında Raki adlı bir oğlanla qarşılaşır. Bu oğlanın valideynlərini Yomalar yedikləri üçün indi də insanlar tərəfindən dışlanır. Clare-in ona yazığı gəlir və Rakini özü ilə götürür. Bundan sonra Clare-in Raki ilə macəraları başlayır.

Elə bilməyin ki, manqa bu qədər sadədir. Manganın gözlənilmə süjet xətti, sevilən personajları və çox brutal çəkimi var. Çəkimlər və ideyalar çox möhtəşəmdir. Allahım insan fantaziyası nələrə qadir imiş. Bura şəkillər ata bilmirəm ki, sizə spoiler olar. Başlıqdakı şəkillərə baxın, əgər bəyənirsinizsə, mütləq bu manganı oxuyun.

Müəllif : Miryusif Mirzəzadə