Anime

Published on Oktyabr 26th, 2016 | by Yato

0

D.Gray-Man Tanıtım ( Haqqı verilməyən anime )

 

d-gray-man-dgray-man-20079750-500-375
Janr:
Aksiyon, Macəra, Komediya, Şounen, Fövqəltəbii, Drama

Çıxış tarixi: 03.10.2006

Seriya sayı: 103

Rejissor: Nabeshima Osamu

Ssenari müəllifi: Yoshida Reiko

İstehsalçılar: TV Tokyo, Aniplex, Dentsu, Half H.P Studio, Sony Music Entertainment, Studio Jack

Studiya: TMS Entertainment

Əsas seiyuular: Allen Walker (Kobayashi Sanae), Kanda Yuu (Sakurai Takahiro), Lavi (Suzumura Kenichi), Lenalee Lee (Itou Shizuka), Crowley III Aleister (Iwata, Mitsuo)

Mangaka: Katsura Hoshino

Açılış parçaları: INNOCENT SORROW – abingdon boys school, Brightdown – Tamaki Nami, Doubt & Trust – access, Gekidou – UVERworld

Qapanış parçaları: Snow Kiss – NIRGILIS, Pride of Tomorrow – JUNE, Yume no Tsuduki e – surface, Antoinette Blue – Kitade Nana, Anata ga Koko ni Iru Riyuu – Rie fu

                                                                             Yazarın gözü ilə anime

4174

İlk əvvəl onu qeyd edim ki, anime Bleach, Naruto, One Piece kimi məhşur animelərin hegemon olduğu bir dövrdə çıxdığı üçün güclü rəqabətlə üzləşmişdir. Həmin dövrdə çoxları tərəfindən şounen tərzdə bir anime kimi qəbul edildiyi üçün o qədər də diqqət cəlb edə bilməmişdir. Lakin şeytan temalı özünəməxsus stildə bir anime olaraq bir ilkə də imza atmışdır. Hekayə, obrazlar və özünəməxsus emosional səhnələri ilə digər animelərdən fərqlənir. Hekayə yavaş-yavaş açıqlayıcı şəkildə irəliləyir. Anime irəlilədikcə obrazlar tanıdılır, hadisələr arasında əlaqələr göstərilir və zaman-zaman flash back-lərə müraciət olunaraq animedə baş verən hadisələrə izah verilir. İlk başda anime sizə sıxıcı gələ bilər hətda uşaq tərzində də görsənə bilər. Bu normal haldır çünki bayaq qeyd etdiyim kimi anime ilk başlarda tanıtım xarakteri daçıdığı üçün belədir. Orta bölümlərə gəldikcə hadisələr qızışmağa başlayır və animenin əsas villian-ları ön planda görsənməyə başlayır. Animenin daha bir üstün cəhəti ondadır ki, bu animenin  baş villian-ları digər animelərinkindən özünəxas tərzi ilə fərqlənir. İndi isə keçək əsas məsələyə 🙂

                                                                                            HEKAYƏ

d_gray11

Hadisələr 19-uncu əsrdə paralel bir dünyada cərayan edir. Bu dünyada Kont Millenium adlı biri Akuma (Şeytan) adlı canavarlar yaradaraq dünyanı məhv etmək istəyir. Kont yaxınları ölmüş insanları, ölünün ruhunu geri çağırmağa məcbur edib o ruhları Tanrıdan oğurlayaraq Akuma adlı silahlara çevirir. Hekayəmizin baş qəhrəmanı Allen Walker adında 15 yaşlı ingilis əsilli bir gənc oğlandır. O, Kont-a qarşı vuruşan Vatikana bağlı The Black Order (Qara Orden) adlı təşkilata qoşulur. Bu təşkilatın üzvlərinin məqsədi “Böyük Tufan” zamanı dünyaya dağılan 109 parça İnnocence (Məsumiyyət) adlı silahları tapıb, Akuma-ları məhv edərək Kont-u dayandırmaqdır. Allen yetim bir uşaq olmuş və Mana adlı kloun tərəfindən himayəyə alınmışdır. Mana öldüyü zaman onun ruhunu geri çağıraraq onun bir akuma olmasına səbəb olmuşdur. Mana buna görə onu lənətləmiş və Allen-in sol gözü lənətlənərək əbədiyyən akuma və insan ruhunu görməyə düçar olmuşdur. Allen anadan gəlmə olaraq sol əlində İnnocence silahına sahipdir. Mana öldükdən sonra Qara Orden generalı olan Cross Marian tərəfindən şagirdliyə götürülmüş və 3 il təlim keçirdikdən sonra onun tapşırığı ilə İngiltərəyə Qara Ordenin əsas qərargahına üzv olmağa yollanmışdır. Qəhrəmanımız Qara Ordenə üzv olub yeni dostlar qazanaraq yeni macəralara atılır.


About the Author



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to Top ↑