Anime

Published on Sentyabr 15th, 2016 | by Lyra

0

Gankutsou animesi haqqında…baxmağa dəyər?

Gankutsou – bu anime tam da Cem Yılmazın : “yer çekimsiz ortamda çilek yiyim, muz gibi gelsin” cümləsinə uyğundu 😀 qrafikası fərqli olsa da, high level olan bu animedə adamlar Aya konsertə gedib gəlirlər, amma isdifadə etdikləri nəqliyyat vasitələrinin çoxu keçən əsrin ortalarına aiddi 😀 varlıq içində yoxluq yaşayırlar rəsmən. Amma anime necə “epic”dirsə, bu tam da belə olmalıymış kimi görünür. Həmçinin animedə əsas ailələrin başçılarının biri bildiyin ordu generalı, biri para “manyağı” bankir, o biri də necə deyərlər məhkəmənin “böögüdü”. Amma animedə adı Qraf Monte Kristo olan bir “main” personaj var ki, animedəki bütün personajların + Bill Gatesin də varını əlavə eləsək də, onun mal-mülkünün 10% belə etməz. Yəni adam istərsə bütün animedə olanı alıb animeni 2 seriyadaca bitirə bilər, niyə uzadıblar bilmirəm 😀 Və Qraf Monte Kristonu “HellsinG”(Ultimate) animesində Alucardın seiyuusu Nakata Jouji səsləndirib ki, bu da onu ayrıca samballı bir personaj edir…
Hər şey bir qırağa, bu anime ciddi personajları, ciddi mövzusu , bir az “romantik”, bir az “dramatik”, bir az da hardasa “mistik” olan möhtəşəm bir sənət əsəridi …
Uzun sözün qısası – mütləq baxın bu animeyə, listinizdə olsun…

Yazdı: Kamran Yaqublu

Tags: , , , , ,


About the Author



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to Top ↑