Anime

Published on Sentyabr 15th, 2016 | by Lyra

0

Hellsing Ultimate OVA haqqında

Hellsing Ultimate OVA
İlk səhnələrdən baş qəhrəmanımız Alucardın o yerə sıçramış bir damla qanı yalaması məni çox təsirləndirmişdi -İllərin yığılmış qana olan aclığı. Ümumiyətlə animedə qan su yerinə axır . Hətta mən deyərdim personajlar sudan çox qanla təmasda olurlar. Animedə Olduqca xarizmatik və növbənöv iri , brutual , babbat kalibirli silahlar vardır. Musiqi cəhətdən fikrimcə zəif olan animenin , çizimlərini çox bəyəndim. Baş qəhrəmanımız Alucardın tabe olduğu Hellsing əsrlərdir vampirlərin Britaniya torpaqlarından təmizlənməsi ilə məşqul olan ailə təşkilatdır. Alucard adlı vampir isə onların əsas ovçularıdır. Alucard təşkilatın başında dayanan əsl *İron Lady* görünüşündə olan İntegra Hellsingə qeyri-şərtsiz itaət edir. Yeri gəlmişkən animeni adının da Hellsing seçilməyi düzgün addımdı. Daha tanınmış və xarizmatik addır.  Bu dünyada Vampirlər bakirə qızları və kişiləri dişlədikdə onla vampirə çevrilir. Pak olmayanlar isə Ghoul-a – bir növ zombilərə çevrilir hansı ki Ghoullar onları dişləyən vampirlərə tabedir. İroniyaya bax ki, bizim dildəki qul sözünə deyilişi eynidi *Guul* 😀 Alucard isə özü də vampir olmasına baxmayaraq onları acımadan qırırdı. Bəzi vampirlər onu tanımadan məndən çox uzağa qaça bilməyəcksən deyə pafoslu danışırdı , insanı gülmək tuturdu ki, sən nə ilə qarşılaşdığıdan xəbərsizsən ay yazıq. Ona tərəf silah uzadılanda adama elə gəlirdi ki, bu saat rəqibin silahını dişləyib ağzında çeynəyəcək. Onu tanımayanlar ondan qorxur, vampirə çevrildikdən sonra isə ona rəğbət bəsləyirdi. Yaxşı , Alucard necə biridir ?

Əvvəla manga oxuyanlar və subtitrlə baxanlar daha tez sezə bilər ki, Alucard Dracula sözünün tərsdən yazınışıdı. Mən bunu illər əvvəl təsadüfən sezmişdim. Alucard, uzunboy , uzunsaç, iri tapançaları , xüsusi simvollar çəkilmiş ağ əlcəkəkli , sarı şüşələri olan eynəklər , qırmızı paltosu və şlyapası olan seksi bir vampirdi. Mən həmişə demişəm uzunsaçlı adamlara şlyapa çox yaraşır. Alucard bunun bariz nümunəsidir. Bəzən mənə elə gəlirdiki o, Mortal Kombatdakı Kung Lao kimi papağini düşmənlərinə tərəf firladarag 5-6 vampirin başın kəsəcək . Yəni əlbəttə bilirdim ki , silah deyil papaq amma görüşü əla idi. Heyif ki, Alucard siqaret çəkmir. Məncə daha badass görünərdi siqaretlə. Bəzi dialoqlarda, dialoqarası fasilələrdə. Siqaret effekt yaradardı. Mən bəzən onun uzaqdan göstərilən siluetini mügəvvaya bənzədirdim. Qarğalar yox sanki yarasalar dolaşırcasın ətrafında deyə təsəvvür edirdim. Gülməyin amma mən canlı mügəvvaları sevirəm. Onların da vampir, canavaradamlar kimi irqinin yaranmasının haqqı var 😀 Nəysə, çox uzatmayaq. Alucard sıradan vampir deyil fizikən çox güclüdü amma o tapançayla öldürməyi daha çox sevir. Baxışında sanki * texnologiyanın qədrini bilin cahillər, mən knyaz olanda belə silahlar yox idi Osmanlıları qırmağa* ifadəsi var. Makedoniya gümüşündən və 16-18 kilo arasında çəkidə olan bu silahlar çox babbat görsənir. Ümumiyyətlə bir çox səhnələrdə animedə güllələri uzunsov, sarı xətlər kimi -yəni gözlə görünən edirdilər. Və kimə nəyə dəydiyini görürdün. Alucard atəş açmaq qədər güllə yeməyi də sevir di sanki daha az qaçmağa çalışırdı. Özü isə xüsusi artistizmlə, maneralarla , maestro öz çubuğunu idarə edərcəsinə atəş açırdı. Bəzən insana elə gəlirdi ki , ikinci açılan gülə birincini gəlib ötəcək və ya birinciylə toqquşacaq. Sanki güllələri zehniylə idarə edərcəsinə atəş açırdı. Güllələrdən deşik-deşik olan plaşı isə küləyin təsiriylə havalanadıraraq paltonu tesirli kadrların yaranmasına səbəb olurdu. Bəzi düşmənləri də eyni artistimzə malik idi. Məsələn ağzındakı dişi qədər az qala ləqəbi ola Ata Andersson. 😀 Vatikanın vuran əli. O da eynilə bıçaqları tərzlə tuturdu. Bu arada onu da Legend of Galactic heroesde Royyentalı səsləndirən Seyyu səsləndirib.

 Manqaka eynək çəkməyi çox xoşlayır . Ya da başqa bir fərziyəm adam insanların gözlərinin işıldamalarını bəyənir.Animedə başda Alucard olmaqla dəfələrlə qaranlıqda eynəklərin işıldamağında istifadə edirdi. Yadıma gəlir Sailor Moonda professorun da eyneyi qaranlıqda işıldayırdı. Ağızdakı gülüşlə eynəkdəki işığı qaranlıqda işıldaması gizəmli bir xarizma qatırdı Və mangaka bundan bəzən dozadan artıq istifade edirdi. Bir çox personajların sevimli cümləsi idi * Şah və mat* ifadəsi. Bəzən əmr verərkən çırtmalardan istifadə edirdi bəzi personajlar. Çırtmamı xüsusi şarmla , tərzlə vurudular. Sanki çırtma vuracagları iki baramaqlarında enerji yığırdılar və çırtma açılanda boşalırdı , yayılırdı o enerji. Ümumiyyətlə baxmayaraq ki, mangaka hentai tipli mangalar üzərində işləyib açıq saçıq səhnələr iri siməli personajlar az idi. Manqaka çox çeşidli təsir mexanizmlərindən istifadə etmişdi. Animeyə də bu siraət etmişdi. Nə deyim çooox bəyəndim və yenidən 10luğuma qayıtdı anime.

Yazdı: Əli Əliyev


About the Author



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to Top ↑