2-3-4 sentyabr 2016-ci il tarixində Bakıda baş tutmuş Kompyuter Oyunları üzrə X Milli Çempionatda AzeCON da öz stendi ilə geymerlərin yanında idi. Eləcə də, dəvət olunmuş milli cosplayerlarımız açılış gününə öz səhnələri ilə rəng qataraq, gün ərzində iştirakçılarla şəkil çəkdirib cosplaylə bağlı suallara cavab verdilər.

Milli çempionat finalında 4 komanda (“Counter Strike: Global Offensive “,”DOTA 2”, “Pointblank”, “League of Legends”) həmçinin, 3 fərdi nominasiyada (“Hearthstone”, “FIFA 16”, “Street Fighter V”) mübarizə baş tutdu.

Dəvətə görə Azerbaijan Cybersport Federationa və Legendary Gaming Communityə, cosplay səhnəciyinə görə komanda rəhbəri Расим Керимли başda olmaqla, bütün cosplayerlərimizə və günün dadını çıxaran zəhmətkeş AzeCON təşkilat komitəsinin hər bir üzvünə təşəkkür edirik.

Yenidən yeni layihələrdə görüşmək ümidilə,