Yaponiyada çörəkçi işləyən Ran adlı bir qadının bişirdiyi xüsusi növ surpriz çörəklər internetdə çox məhşurlaşıb. Surpriz ona görə ki, Konel Bread markası adı altında satdığı bu çörəkləri doğrayan müştərilər olduqca gözəl və xoş mənzərəylə qarşılaşırlar. Konel Breadin iç xəmiri olduqca gözəl, məzəli və rəngarəng təsvirlərlə bəzədilir. Xanımın dediyinə görə o, oğlunun rəsmlərindən, təbiətdən, , meyvə və tərəvəzlərdən – bir sözlə gözəl olan hər şeydən ilhamlanaraq bu çörəkləri bişirir. Çörəyin bişirilmə üsulunu isə hələki açıqlamır.
AAC olaraq biz də çörəyin bişirlmə üsulunu bilmik amma sizləri həmən gözəl görünüşlü çörəklərlə tanış edə bilərik.