One-Punch man haqqında

Even more daz diazepam reviews Ağanəzərəm, belə gəzərəm, bir yumruğa yüzün əzərəm. Haqqında danışacağım manqa bizim istehsalımız olsa idi, yəqin ki, belə adlanardı.
Bəli, düz anladınız, söhbət “Onepunch man”dən gedir.
Bu manqa niyə belə məşhurdur, niyə meynstrimə dönüb? Etiraf edim ki, əvvəl mən də bu səbəbdən “Onepunch man”dən qaçırdım. Amma oxumağa başladım ki…
Əsas qəhrəman Saitama adlı orta boylu, orta çəkili, işi, “propiska”sı olmayan, qəpiyə güllə atan (rayon uşağı) gənc bir adamdır. Özünün də dediyi kimi, adi bir qaqaşdı.
Bəs nədir onu qeyri-adi edən? Keçəl olması mı?
Yox.
Əzmkarlığı, inadı?
Yox.
Qeyri-adi gücü?
Yenə də yox.
Adam kimi adamdır Saitama. Özü də nə qədər dərinə getsən, o qədər də çox əmin olursan bu sözlərin doğruluğuna.
Saitamanı qeyri-adi edən səbəbi anladıq. İndi də gələk manqanı qeyri-adi edən səbəblərə.
İnanıram ki, hər biriniz ən azından bir dəfə də olsa superqəhrəmanların və şər qüvvələrin pafosundan bezmisiniz. Öz yöndəmsiz görünüşü ilə Saitama pafosun anasını ağladır. Bir yumruğa söhbəti çürüdən adamdan başqa şey də gözləmək hər halda yersiz olardı.
Manqa Marvel komikslərinə və saysız seynenlərə parodiyadır. Yerinə düşən parodiyadır həm də.
Fanservis var, özü də necə. Bu fanservisdən sonra adam bir də gözağrısı görməz.
Qrafika superdi. Qrafikaya mən şəxsən aşıq oldum. Bunun üçün Murata-samaya təşəkkür.
One-yə isə qeyri-adi süjet, əvəzedilməz qəhrəmanlar üçün sağ ol düşür.
Banal bir komediya kimi görünməsinə rəğmən burada həm də dərin psixoloji məqamlar da var. Oxuyanlar bilir.
“Onepunch man” haqqında çox danışmaq olar. Amma ən yaxşısı maraq oyadıb susmaqdır. Heç Saitama da çərənçiliyimi bağışlamaz. Az söz, çox iş.
Qəhrəman Saitamanın devizi budur.

what is rectal diazepam used to treat Müəllif : Olivia Splett

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir