Janrı Ecci olduğuna görə qızları özündən uzaq tuta biləcək “Shokugeki no Souma: Ni no Sara” animesi qızlığından, oğlanlığından asılı olmayaraq içində rəqabət, duel, yarış ruhu olan hər bir otakunu sevindirəcək bir animedi. Dinamikası ilə seyricini özünə zəncirləyən bu animenin personajları da çox möhtəşəmdir. Bacarıqları ilə yanaşı hər bir personajın açılması isə səni personaja daha çox bağlayır.
Bu animeye baxmamaqla qızlar Hayama Akira, Ryouma Kurokiba , Yukihira Souma oğlanlar isə Nakiri Erina , Mito Ikumi kimi personajları əldən qaçırır 😛 . Və ən əsası animelərdə -öncə zəif sonra güclənən baş qəhrəman şablonu qırılıb. Souma elə əvvəldən “COOL”du ))

 

Yazdı : Narmina Koizora