Yenə də gecənin bir yarısı mənə ilham gəldi. Sizin içinizdə bugün bir qığılcım yoxdu? Məncə bu kəlmə o qığılcımı daha da alışdıracaq: Ghost in the Shell filmi gəlir! Özü də nə gəlir. Məncə bu tarixin təkrarlanmasıdır. -16 iyul 1988 bugündə Katsuhiro Otomonun “Akira”sı Amerikada yayımlanmağa başlamışdı və insanlar hiperrealizmin dibini görmüşdülər. İndi isə Scarlett Johanson kimi gözlərini öz üstünə məcburi dartan (nə qədər kobud səslənsə də) bir fiqurun təmsilində ümid edirəm ki, növbəti dəfə anime dünyası Qərbə salamməleyk edəcək.
  Mənə görə məsələnin gözəlliyi cyberpunk (kiberpank) janrındadır. Gəlin qəbul edək ki, zalım uşağı yaponlar bu işi çox yaxşı bacarırlar, hətta qərblilərdən də daha yaxşı. Məsələn sizə Terminator yoxsa Neo Tokyo desəm? Anime sənayesini eşələmisizsə dərisinin altında dəmir olan adamı bir incəsənət nümunəsindən üstün tutmazsız. (Necə ki, mən tullanıb dalaşan personajlarından başqa Matrix-dən heç bir həzz almıram) Biri anime dünyasına giriş üçün məsləhət istəyəndə ona “Death Note” təklif edirik (ən azından “Boku no Pico”dan sonrakı məsləhətimiz olur). Bəs biri işin incəliyinə çökəcək anime istəsə nə deyərsiz? Mən şəxsən”Akira” deyərəm. Akira məni cyberpunk-a bağlayan animedi. Hətta Ayzek Azimovun bu janrda barmağı olduğunu belə sonradan öyrənmişəm. Yaponlar bu işin ruhunu bizə verirlər, əsl distopiyanı. Məsələn mən cyberpunk-in yüksək texnologiya, aşağı həyat şəraiti qaydasını animelərdə hiss etmişəm.
   Burda müzakirə olunacaq mövzu bilirsiz nədir? Evangelion-u hamı tərifləyir, amma əldə arqument olmadan. Səbəb cyberpunk animelərinin bizə verdiyi “noldu ala burda?” hissidir. Məncə aramızda çox az adam Akira-ya ilk dəfə baxanda animenin nə demək istədiyini anlayıb. Bəli, cyberpunk ilk baxışdan nə qədər mənasız görünsə də bir o qədər adamı düşündürən məhsulların aid olduğu janrdır. İş burasındadır ki, nə qədər ağır janr olsa da klassikadan sonrakı məhsullar da eyni xoş effekti verir. Serial Experiments Lain, Psycho-Pass buna nümunədir. Mən qısaca bu hissi sizə izah eləməyə çalışacam. Məsələn, Ergo Proxy-ni axıra kimi izləməyə neçə nəfərin səbri çatıb? Sıxıcı gəlir, hə? Amma sonra “noldu ala burda?” frazasına girirsiz ve bam!-izləyib bitirənlər özlərində bir aydınlanma hiss etməyiblərmi? Beyinlərinin növbəti boss-un otağına olan qapını açdığını və daha çox level artırmaq istədiklərini? Əgər level artırmaq istəyirsizsə sizə Texhnolyze, Battle Angel Alita, Armitage-3 kimi animeləri məsləhət görürəm. İzləyin, düşünün, həzz alın ve Ghost in the Shell movie-ə hazır olun!

 

Müəllif : Ramiz Səmədov